Ömrünü dövlət təhlükəsizliyi xidmətinə həsr etmiş polkovnik
Digər xəbərlər

Ömrünü dövlət təhlükəsizliyi xidmətinə həsr etmiş polkovnik

Aprel ayının 24- dövlət təhlükəsizlik orqanlarının veteranı, polkovnik Sədyar Abbasovun 80 yaşı tamam olur.

Sədyar Rza oğlu Abbasov 1943- il aprel ayının 24- Dəvəçi şəhərində dünyaya göz açıb. 1950-1960- illərdə hazırkı Şabran şəhər 4 saylı orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft Kimya İnstitutunun İstehsalat proseslərinin avtomatlaşdırılması fakültəsinə daxil olub. 1966-1969-cu illərdə elektron cihazlar üzrə mütəxəssis kimi Şamaxı Astrofizika Rəsədxanasında baş mühəndis kimi çalışıb.

1969-cu ildə Dövlət Təhlükəsizlik Komitəsinə işə dəvət olunan Sədyar Abbasov ömrünün 32 ilini təhlükəsizlik orqanlarına həsr edib. Bildiyimiz kimi, ümummilli lider Heydər Əliyev təhlükəsizlik orqanlarında rəhbər vəzifələrdə çalışdığı dövrdən etibarən Azərbaycan DTK- ittifaq respublikalarının müvafiq qurumları arasında milli kadrlardan formalaşdırılan peşəkar orqana çevrilmişdi. Məhz Heydər Əliyevin səyi nəticəsində ölkənin ən mötəbər qurumlarından olan dövlət təhlükəsizliyi orqanlarına yalnız hərtərəfli sınaq yoxlamalardan keçən yüksək hazırlıq səviyyəsinə, möhkəm xarakterə, mətin iradəyə digər müsbət keyfiyyətlərə malik milli düşüncəli insanlar işə götürülürdü. Sədyar Abbasov da həmin dövrlərdə xidmətə qəbul olunan milli kadrlardandır.

SSRİ DTK-nın Minskdəki Ali kurslarını bitirdikdən sonra 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının DTK-sında əməliyyat müvəkkili vəzifəsinə təyin olunur. İşə başladığı ilk dövrdə təhkim olunduğu mayor Rəsul Şükürzadə Naxçıvan DTK-nın arxivində mövcud olan əməliyyat işləri, xüsusən vaxtilə həmin strukturda işləmiş Heydər Əliyevin hazırladığı sənədlərlə onu tanış edir. Yeni işə başlayan əməkdaş üçün ilk gündən Heydər Əliyevin təcrübəsini öyrənmək onun peşəkar əməliyyatçı kimi yetişməsində mühüm rol oynayır. Eyni zamanda gənc leytenant vaxtilə Naxçıvan DTK-da işləmiş Heydər Əliyevin yaxın silahdaşları olmuş Bahadur Hüseynov Abbas Zamanovdan əks-kəşfiyyat işinin incəliklərini öyrənir.

Sonralar 1973-1976- illərdə Cəlilabad, 1976-1984- illərdə Xaçmaz rayon şöbələrində əməliyyat baş əməliyyat müvəkkili kimi çalışmış, 1984- ildən xidmətini DTK-nın mərkəzi aparatında davam etdirmişdir. Mərkəzi aparatın 5-ci şöbəsində işlədiyi dövrdə xarici xüsusi xidmət orqanlarının pozuculuq fəaliyyətinin ideoloji təxribatlarının qarşısının alınmasında fəallıq göstərmişdir.

Həmin dövrdə daxil olmuş məlumata əsasən şəxsiyyəti məlum olmayan Bakı sakini İran İslam Respublikasının ölkəmizdəki konsuluna zəng edərək onu "Təzə Pir" məscidində namaz qıldığını gördüyünü, lakin ona yaxınlaşmaq imkanının olmadığını bildirib. Rəhbərliyin göstərişi ilə şəxsin müəyyənləşdirilməsi tələb olunub. Keçirilən əməliyyat-texniki tədbirlərdən sonra həmin şəxsin həyat yoldaşının vəfat etməsi barədə məlumat əldə edilib. Məhz həmin məlumat əsasında araşdırma zamanı onun Bakı kəndlərindən birinin sakini olduğu müəyyən edilib nəzarətə götürülüb. Sədyar Abbasovun həmin şəxsin ətrafında apardığı əməliyyat-texniki tədbirləri zamanı görüşlərinin birində onda silahların olması barədə iranlı konsula məlumat verdiyi müəyyən edilib. Sədyar Abbasovun keçirdiyi tədbir nəticəsində həmin şəxs könüllü şəkildə 4 ədəd odlu silahı (3 ədəd "Naqan" 1 ədəd "Korovina" tapançaları) DTK-ya təhvil verib.

Xidməti fəaliyyətində göstərdiyi nailiyyətlərə görə 1987-ci ildə DTK-nın keçmiş Əzizbəyov (indiki Xəzər) rayon bölməsinə rəis təyin olunub. Daha sonra 1990- ildə Xaçmaz rayon şöbəsinə rəis təyin olunan Sədyar Abbasov xidməti fəaliyyətinin ən çətin dövrünə qədəm qoyub. Həmin dövrdə "Sadval" təşkilatı şimal bölgəsində aktiv pozuculuq fəaliyyətinə başlamışdı. "Sadval"ın əsas məqsədi əsrlər boyu sülh əmin-amanlıq şəraitində yaşayan iki xalq - azərbaycanlılar ləzgilər arasında milli zəmində qarşıdurma yaratmaqla şimal zonasında Azərbaycana qarşı ikinci cəbhə açmaq idi. Sədyar Abbasov rəis təyin olunduqdan sonra, 1976-1984- illərdə Qusar, Quba Xaçmaz rayonlarında yaratdığı əməliyyat mənbələrindən sözügedən separatçı təşkilatın fəaliyyəti barədə kifayət qədər məlumat əldə edib. Həmin mənbələrdən daxil olan informasiyalar əsasında dəfələrlə "Sadval"ın törətmək istədiyi təxribatların qarşısını alıb. Belə ki, 1992-ci ildə Sədyar Abbasovun əldə etdiyi əməliyyat məlumatında "Sadval"ın hərbi qanadına mənsub olan Dağıstan Respublikasının Məhərrəmkənd rayonu sakinlərinin 3-4 minik avtomobili ilə Qusar şəhərinə daxil olaraq silahlı insident törətməklə vətəndaşları qətlə yetirəcəkləri, bununla əlaqədar hakimiyyət strukturlarının ittiham ediləcəyi baş verənlərin televiziyada işıqlandırılacağı bildirilib. Lakin Xaçmaz MTN rayon şöbəsi tərəfindən qabaqcadan hazırlanan əməliyyat planı əsasında, hüquq-mühafizə orqanlarının köməkliyi ilə qanlı təxribatın qarşısı peşəkarlıqla alınıb.

Eyni zamanda həmin ərəfədə Dağıstandan Xaçmazın Yalama kəndinə silah sursatların gətirilməsi barədə məlumat daxil olub. Keçirilən tədbir zamanı aralarında qəzet redaktoru olan "Sadval" üzvü Sədyar Abbasov ilə apardığı söhbət əsnasında təşkilatın nizamnaməsinin hazırlanmasında erməni milliyyətindən olan şəxslərin köməklik göstərməsi, onların nümayəndələrinin tədbirlərdə iştirak etməsi, "Sadval"ın silahlı dəstəsinin 30 nəfərinin Ermənistanda təlim keçməsi, cəbhə xəttindən Yalama kəndi vasitəsilə Dağıstana silah daşınması s. barədə faktlar açıqlayıb. Xaçmaz rayon prokuroru tərəfindən dindirildikdən sonra həmin şəxsin verdiyi məlumatlarla bağlı hazırlanan sənəd əsasında "Sadval"ın təşkilat kimi ləğv olunması barədə nota verilib.

Sədyar Abbasovun vətən qarşısındakı ən böyük xidmətlərindən biri şimal sərhədlərinin yaradılmasında yaxından iştirak etməsidir. Bildiyimiz kimi, Azərbaycan uzun müddət Rusiyanın tərkibində olduğu üçün sərhəd mühafizəsi mövcud olmayıb. Xaçmaz rayon MTN şöbəsinin rəisi Sədyar Abbasov, Xudat sərhəd dəstəsinin rəisi Elçin Quliyev (DSX-nın rəisi) yerli sakinlərin birgə səyləri nəticəsində 1992-ci ildə ilk dəfə olaraq Azərbaycan-Rusiya sərhədində mühafizə məntəqələri təşkil olunub. Həmin proseslərə yaxından köməklik göstərən Sədyar Abbasovun təşəbbüsü ilə hərbçilərin yerləşdirilməsi üçün Xudat şəhərindəki mehmanxana sərhədin yaxınlığında yerləşən bəzi obyektlər Sərhəd Qoşunlarının istifadəsinə verilib.

MTN-dən təqaüdə çıxdıqdan sonra 1993- ilin noyabr ayında polkovnik Sədyar Abbasov yeni formalaşan hərbi polis orqanlarına işə dəvət olunur. Şimal bölgəsinin mürəkkəb əməliyyat şəraitinə yaxından bələd olduğu üçün 6 rayonu əhatə edən (Qusar, Quba, Xaçmaz, Dəvəçi, Siyəzən Xızı) zona üzrə hərbi polis idarəsinin rəisi təyin edilir. Hərbi polisdə işlədiyi dövrdə dövlət təhlükəsizliyinin qorunması Sədyar Abbasovun xidməti fəaliyyətinin prioritet istiqaməti olub hər zaman özünə doğma hesab etdiyi orqana yaxından köməklik göstərib.

1994- ildə Sədyar Abbasov Qusardakı keçmiş əməliyyat mənbəsindən "Sadval" tərəfindən Bakı Metropolitenində terror aktı törədilməsi ilə əlaqəsi olan şəxslərin bir qismi barədə aldığı məlumatları MTN- rəhbər vəzifədə işləyən mərhum Balabəy Balabəyova təqdim edib. Müvafiq məlumatda terror aktını törədənin yas mərasimində yaxın qohumlarının Dağıstandan gəlmiş "Sadval" ilə əlaqəli şəxsləri övladlarının ölümündə ittiham etməsi barədə informasiyalar öz əksini tapıb. Həmin informasiyalar cinayətkarların müəyyən olunması istiqamətində MTN-nin fəaliyyətində mühüm rol oynayıb.

1996- ildən hərbi xidmətini Prezident yanında Xüsusi İdarədə (Hərbi Əks-Kəşfiyyat Xidməti) davam etdirən Sədyar Abbasov pedaqoq kimi fəaliyyətə başlayır. Müstəqil respublikada yeni yaradılan strukturda kadrların hazırlanması ilə məşğul olan Sədyar Abbasov gənc əməkdaşlara əməliyyat işinin əks-kəşfiyyatın incəliklərini öyrədir. Həm baş müəllim, həm tədris kursunun rəhbəri kimi 25 il öncə yetişdirdiyi gənc zabitlər bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX), eləcə digər dövlət strukturlarında (Prezidentin Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) məsul vəzifələrdə çalışırlar. Hər bir müəllimin ən böyük mükafatı onun yetirmələridir. Hazırda Sədyar Abbasovun vaxtilə əks-kəşfiyyat peşəsini öyrətdiyi gənclərdən biri DTX-da, digəri isə Prezidentin Təhlükəsizlik Xidmətində general rütbəsində dövlətçiliyimizin keşiyində dururlar. Eyni zamanda diplomatik sahədə çalışanlar arasında fövqəladə səlahiyyətli səfir rütbəsini daşıyan şəxslər vardır.

Təhlükəsizlik orqanlarından təqaüdə çıxdıqdan sonra Sədyar Abbasov dini sahədə kifayət qədər biliklərə malik olduğu üçün 2006- ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə işə dəvət olunub. 2006-2013- illərdə Komitənin şimal bölgəsi üzrə şöbəsində baş məsləhətçi kimi çalışdığı dövrdə vaxtaşırı rayonlarda dini maarifləndirmə istiqamətində mühazirələr söyləyib. Həmin tədbirlərdə Sədyar Abbasov din pərdəsi altında ölkədə fəaliyyət göstərən, əslində isə ideoloji təxribat dini zəmində qarşıdurma yaratmaq istəyən qüvvələr barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb. Habelə tədbirlər çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, polis DTX əməkdaşları, eləcə sadə vətəndaşlarla dini sahədəki bilik təcrübələrini bölüşüb.

Bu gün Sədyar Abbasov şimal zonasının hörmətli ağsaqqallardan hesab olunur. Yaşının 80 olmasına baxmayaraq, ürəyi hər zaman təhlükəsizlik orqanları ilə döyünən Sədyar Abbasov bu gün öz mənəvi dəstəyini vətənin keşiyində duran insanlardan əsirgəmir. Hər zaman öz bilik bacarıqlarını, eyni zamanda separatçılıq dini ekstremizmlə mübarizə sahəsindəki təcrübələrini gənc kadrlarla bölüşür.

Azər QARAYEV,

Azərbaycan təhlükəsizlik orqanlarının

birinci Qarabağ müharibəsinin veteranı,

istefada olan polkovnik.