Ombudsman Aparatının əməkdaşları “Beynəlxalq humanitar hüququn milli səviyyədə implementasiyası
Siyasət

Ombudsman Aparatının əməkdaşları “Beynəlxalq humanitar hüququn milli səviyyədə implementasiyası" mövzusunda seminarda iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə "Beynəlxalq humanitar hüququn milli səviyyədə implementasiyası" mövzusunda birgə seminar təşkil olunub.

Qurumun mətbuat xidmətinin məlumatında deyilir ki, seminarın məqsədi beynəlxalq humanitar hüququn implementasiyası ilə bağlı məlumatlılığın artırılması, beynəlxalq təcrübənin öyrənilməsi bu sahədə qarşıya çıxan çətinliklərin aradan qaldırılması istiqamətində birgə əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparmaq olub.

Beynəlxalq Qızıl Xaç Komitəsinin ekspertlərinin iştirak etdiyi seminarda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Draqana Kojiç açılış nitqi ilə çıxış edib seminarın işinə uğurlar arzulayıblar.

Çıxış zamanı Ombudsman otuz ilə yaxın dövr ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistanın həm Birinci İkinci Qarabağ müharibəsi zamanı, həm postmünaqişə dövründə müharibə cinayətləri, ekoloji mina terroru törətdiyini, beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozduğunu bildirib. S.Əliyeva bu ərazilərdə mina hərbi sursatların partlaması nəticəsində həm mülki əhali, həm hərbçilərimiz arasında qurbanların olduğunu, Ermənistanın regionda sülhün təmin edilməsində maraqlı olmadığını söyləyib.

Tədbirdə proqrama uyğun olaraq təqdimatlarla çıxış edən beynəlxalq ekspertlər aidiyyəti sahələr üzrə beynəlxalq təcrübə haqqında məlumat verib iştirakçılarla fikir mübadiləsi aparıblar.

Müzakirələr zamanı Aparatın əməkdaşları Ombudsmanın mandatı fəaliyyət istiqamətləri barədə geniş məlumat veriblər. Qeyd olunub ki, müharibə postmüharibə dövründə Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn norma prinsiplərinin pozulması ilə bağlı faktların araşdırılması məqsədilə Ombudsman tərəfindən faktaraşdırıcı missiyalar həyata keçirilərək yerində araşdırmalar aparılıb əldə olunan faktoloji materiallara əsaslanan hesabat bəyanatlar hazırlanaraq aidiyyəti beynəlxalq insan hüquqları qurumlarına göndərilib.

Seminarda, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin mandatı çərçivəsində Ombudsman təsisatı ilə gələcək əməkdaşlıq əlaqələrinin perspektivləri barədə ekspertlərlə fikir mübadiləsi aparılıb.

"Respublika".