Ölkəmiz layiq olduğu uğurları əldə edir
Digər xəbərlər

Ölkəmiz layiq olduğu uğurları əldə edir

"Azərbaycana xoş gəlmisiniz!".  Bu sözlər Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında da yazılıbVətənin hansı istiqamətində olursa-olsun bu lövhə ilə qarşılaşmaq hər birimiz üçün əziz  qürurvericidirSərhədimizdə ayağımızı basdığımız hər qarış torpaq bizə bura Vətəndir deyir. Elə bu mənada, Vətən sərhəddən başlayır. İndi Azərbaycanda bütün yollar Qarabağdan keçir. Bu yollar, bu sərhədlər Azərbaycanın, onun dövlətinin əzəmətini, qüdrətini göstərir. Hər gün bir az da güclənən sərhədlərimiz ölkəmizin regionda söz sahibi olmasından xəbər verir. Artıq dövlətimiz özünə aid olan hər şeyə sahibdir. zamanında xainliyin, biganəliyin nəticəsində itirilən torpaqlarımızı, tarixi-mədəni dəyərlərimizi geri qaytardı.

Qarabağ müharibəsi bizə həyatın hər üzünü göstərdi. Biz torpaq, yurd itkisinin olduğunu gördük. İtirdiyimiz torpaqlar uğrunda şəhid olan oğulların acısını yaşadıq. Məcburi köçkün, qaçqın olduq. Vətəndə Vətən həsrəti çəkdik. Üzü yurda sarı ürəyimiz qövr elədi. Yağı düşmən tərəfindən dağıdılıb yandırılan evlərimizin, yurdlarımızın tüstüsündə boğulduq. Amma ümidimizi üzmədik. İnandıq ki, bir gün gələcək, biz öz torpaqlarımıza qayıdacağıq. Çünki o yerlərin əsl sahibi bizikŞükürlər olsun ki, ürəyimizdəki ümid işığında közərən arzularımız çin oldu. Azərbaycan öz haqq savaşında Qələbə qazandı. Ermənistanın 30 il əvvəl işğal etdiyi torpaqlarımızı azad etdik. Təəssüflər olsun ki, Ermənistan işğal dövründə bu torpaqlarda ağlasığmaz vəhşiliklər törədib. Bölgəni talan etməklə yanaşı, həm təbiətimizətarixi-mədəni abidələrimizə qarşı amansız davranıb. Bütün bunlara baxmayaraq, dövlət başçımız İlham Əliyev münaqişənin sülh yolu ilə həll etməyin tərəfdarı olmuşdur. Ermənistan isə sülh istəmədi. Əzəldən bizə düşmən kəsilən ermənilər öz məqsədlərinə çatmaq uğrunda mübarizə apardılar. Boş, mənasız yalançı vədlərə inanaraq bir az da ümidləndilər. Ancaq ermənilər bir şeyi anlamadılar ki, sülh bütün münaqişələrin açarıdır. Sülh olan yerdə rahatlıq, xoş güzəran dinclik var.

Azərbaycan hər zaman dinc yaşayışın sülhün tərəfdarı olduğu üçün qonşu dövlətləri sülh şəraitində yaşamağa dəvət edib. Baxmayaraq ki, Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları belə zamanında bizə qarşı düşmənçilik siyasəti yeridib, ölkəmiz onları da öz vətəndaşı kimi qəbul etməyə hazır olduğunu bildirmişlər. Lakin həm Ermənistan, həm Qarabağ erməniləri təklif olunan şərtləri qəbul etməmiş, öz köhnə adətlərindən əl çəkməmişlər. Kənardan çalınan havalara oynayaraq gizli planlar həyata keçirməyə çalışmış, öz miskin, xain əməllərini davam etdirmişlər. Fürsət düşən kimi ərazilərimizə mina basdırmış, gizli yollarla silah, sursat daşımışlar.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə qarşı tərəfə münaqişəni dinc yolla həll edib, mehriban qonşuluq şəraitində yaşamaq təklif etsə , Ermənistan xain əməllərindən əl çəkməyərək bölgədə gərginliyi bir az da artırırdı. Azərbaycan isə sərhədlərini möhkəmlədirməyə qərar verdi. Laçın yolunun şimalındakı torpaq yollardan qeyri-qanuni fəaliyyət üçün istifadənin, eləcə Ermənistan tərəfindən silah daşınmasının qarşısını almaq baş verə biləcək yeni təxribatlara son qoymaq məqsədilə Azərbaycan Ordusu lazımi tədbirlər həyata keçirdi. Aparılan zəruri tədbirlər nəticəsində Kosalar Turşsuya qədər olan bütün alternativ yollar ordumuz tərəfindən nəzarətə götürüldü. Azərbaycan Ordusu tərəfindən aparılan operativ əməliyyatlar nəticəsində dolama torpaq yollar tam nəzarətə alındı. Müşahidələr nəticəsində məlum olmuşdur ki, Xankəndi-Xəlfəli-Turşsu digər istiqamətlər üzrə Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti təkmilləşdirmə işləri intensivləşmişdir. Ermənilər bu yollarla nəinki silah, sursat daşıyırmış, həm ərazidə səngər qazıntısı da həyata keçirirmiş. Bu isə Azərbaycan dövlətinə ərazi bütövlüyünə xəyanətdir. Azərbaycan dəfələrlə bu kimi hallara son qoymaq məqsədilə Ermənistana xəbərdarlıq etsə , qarşı tərəf heç bir nəticə çıxarmamışdır. Ermənistanın kapitulyasiya aktına imza atmasından üç ilə yaxın bir müddət keçməsinə baxmayaraq, qarşı tərəf nəinki sülh istəyir, əksinə, təxribatçı əməllərindən əl çəkmir. Aprelin 23- Dövlət Sərhəd Xidməti Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurdu. Azərbaycanın müstəqil dövlət kimi sərhədi var qonşu dövlətlər bu sərhədlərin qanunlarına əməl edib, hörmətlə yanaşmalıdır.

Ötən il dekabr ayının 12-dən etibarən azərbaycanlı ekofəallar QHT nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirdilər. Aksiya iştirakçılarının əsas tələblərindən biri Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınması faydalı qazıntı yataqlarında monitorinqlərin aparılmasından ibarət idi. Artıq Laçın-Xankəndi yolunda gömrük postumuz fəaliyyət göstərir. Bu isə o deməkdir ki, ərazidə bütün qaydalara Azərbaycan qanunvericiliyinə uyğun şəkildə əməl olunacaq.

Ramidə YAQUBQIZI,

"Respublika".