Ölkə əhalisinin sayı 10 milyon 173 min 178 nəfərə çatıb
Sosial həyat

Ölkə əhalisinin sayı 10 milyon 173 min 178 nəfərə çatıb

İlin əvvəlindən ölkə əhalisinin sayı 16 min 812 nəfər və ya 0,2 faiz artaraq 2022-ci il may ayının 1-i vəziyyətinə 10 milyon 173 min 178 nəfərə çatıb.

AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatına istinadla bildirir ki, əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini isə kənd sakinləri təşkil edib. Kişilərlə qadınların xüsusi çəkisi isə eyni olub.

AZƏRTAC