Ölkəmizə 165,8 min nəfər turist gəlib
Sosial həyat

Ölkəmizə 165,8 min nəfər turist gəlib

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2024-cü ilin yanvar ayında Azərbaycana dünyanın 152 ölkəsindən 165,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 27,5 faizi Rusiya Federasiyası, 19,8 faizi Türkiyə, 9,7 faizi İran, 6,1 faizi Hindistan, 4,9 faizi Gürcüstan, 3,5 faizi Səudiyyə Ərəbistanı, 2,9 faizi Qazaxıstan, 2,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,5 faizi Pakistan, 2,4 faizi Küveyt, 2,0 faizi Özbəkistan, 1,8 faizi Oman, 1,5 faizi Türkmənistan, 1,3 faizi Ukrayna, 1,0 faizi Belarus, 10,4 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 74,2 faizini kişilər, 25,8 faizini qadınlar təşkil etmişdir.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 67,5 faizi hava, 31,1 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

2023-cü ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 35,1 faiz artaraq 147,7 min nəfər olmuşdur.

"Respublika".