Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin olunması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Q Ə R A R I
Hüquqi aktlar

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin olunması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Q Ə R A R I

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179.2-ci maddəsini rəhbər tutaraq, "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 dekabr tarixli 4193 nömrəli Sərəncamının 2-ci hissəsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 8.1-ci, 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 179.2-ci maddələrinə əsasən qərara alır:

1. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2024-cü il fevralın 7-nə təyin edilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr    Məzahir Pənahov

Katib    Arifə Muxtarova

Katib    Mikayıl Rəhimov