Naxçıvanda dini mərasimdə iştirak edən azyaşlıların valideynləri polisə çağırılıb
Digər xəbərlər

Naxçıvanda dini mərasimdə iştirak edən azyaşlıların valideynləri polisə çağırılıb

Naxçıvanda dini mərasimə qatılan azyaşlıların valideynləri məsuliyyətə cəlb edilib.

Sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm kəndində azyaşlılardan ibarət dini mərasimi əks etdirən görüntülər araşdırılıb.

Bu barədə “Respublika”ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin mərasimdə iştirak edən azyaşlıların valideynləri polis əməkdaşları tərəfindən müəyyən olunaraq barələrində məsuliyyət tədbirləri görülüb.

“İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək vətəndaşlarımızı tədbirləri anlayışla qarşılamağa çağırır və qabaqcadan təşəkkürlərimizi çatdırırıq”, - deyə məlumatda qeyd edilib.