“Müasir çağırışlar və qarşıda duran” əsas hədəflər mövzusunda regional konfrans
Region

“Müasir çağırışlar və qarşıda duran” əsas hədəflər mövzusunda regional konfrans

Şirvan

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Şirvan şəhərində “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda keçirilən regional konfransda əvvəlcə Ulu Öndər Heydər Əliyevin Şirvan şəhərinin mərkəzi meydanında ucalan abidəsi ziyarət edilərək, önünə tər güllər düzüldü. Şirvan şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlarla tanışlıq oldu.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda dinə münasibətin tamamilə dəyişdiyini, ölkədə milli-mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını diqqətə çatdıraraq, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı.

Əsası Ulu Öndər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev Dövlət Komitəsi tərəfindən ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini etiqad azadlığının təmin olunması məqsədilə silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırdı.

Daxili İşlər Nazirliyinin əməkdaşı Oqtay Tağıyev dini radikalizm və onun fəsadlarından, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı pozuculuq fəaliyyətlərinin qarşısının alınmasına yönələn tədbirlərdən danışdı.

Millət vəkili İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Hüsni Həsənov ölkə rəhbərliyi tərəfindən dinə və milli-mənəvi dəyərlərimizə daim diqqət və qayğının olduğunu vurğuladılar.

Tədbir çərçivəsində kitab sərgisi keçirildi.

Sonda Şəhidlər Xiyabanı ziyarət olunub, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 44 günlük Vətən müharibəsində qazanılan qələbənin şərəfinə Şirvan şəhərində ucaldılmış “Zəfər abidəsi”nin xatirə hədiyyəsini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyevə və Daxili İşlər Nazirliyinin əməkdaşı Oqtay Tağıyevə təqdim etdi.

Tofiq HÜSEYN,

“Respublika”.