Müasir Azərbaycanın xilaskarı və memarı
Siyasət

Müasir Azərbaycanın xilaskarı və memarı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023- il ölkəmizdə "Heydər Əliyev İli" elan edilmişdir. Ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı qurucusu Heydər Əliyevin anadan olmasının 100- ilinin tamam olması ilə əlaqədar bu ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi bütün təbəqələrdə hədsiz sevinclə qarşılanmışdır. Sərəncam çoxəsrlik Azərbaycan tarixində xüsusi mərhələ olan Heydər Əliyev epoxasının mahiyyətini daha əsaslı sistemli şəkildə dərk etməyə, xalqımıza dünyaya çatdırılmasına şərait yaradır.

Azərbaycan xalqının taleyi uğurlu tarixi dahi şəxsiyyət Heydər Əliyevin adı ideyaları ilə bağlıdır. Ulu öndərin gərgin əməyi sayəsində Azərbaycan dünyanın siyasi meydanında öz sözünü deyə bilən qüdrətli dövlətə çevrilmişdir. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli liderin Heydər Əliyevin mənalı həyat yolu, zəngin çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. İntibah milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu yerə ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Heydər Əliyev Azərbaycan xalqının tarixində qurucu xilaskar dövlət xadimi, milli lider ulu öndər kimi əbədilik qazanmışdır. Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycanı məhv olmaqdan xilas etmək kimi çox çətin şərəfli bir missiyanı öz üzərinə götürdü. Bu, sözün əsl mənasında, "ömrümün qalan hissəsini xalqıma bağışlayıram" deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun xalqı, Vətəni qarşısında misilsiz fədakarlığı idi.

Tarixən milli dövlətçiliyimizin itirilməsinə Azərbaycanın böyük güclərin döyüş siyasi rəqabət meydanına çevrilməsinə səbəb olan geosiyasət neft amili Heydər Əliyevin müəyyən etdiyi çoxqütblü tarazlaşdırılmış xarici siyasət strategiyası əsasında müstəqilliyimizi dövlətçiliyimizi möhkəmləndirən qüvvəyə çevrildi. Milli maraqlardan qaynaqlanan yeni xarici siyasət strategiyası diplomatiyanın təməl prinsiplərinə xas şəkildə ölkəmiz ətrafında xoş mühitin formalaşmasına, ölkədaxili siyasi-iqtisadi sosial məsələlərin həlli üçün xarici təsirlərin neqativ yükünü neytrallaşdırılmasına, qonşu dövlətlərlə münasibətlərin normallaşmasına, xarici siyasətin coğrafiyasının genişlənməsinə "Əsrin müqaviləsi"nin timsalında uğurlu enerji siyasətinin həyata keçirilməsinə şərait yaratdı.

Ümummilli lider Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini yeniləşdirdi ölkənin strateji maraqları əsasında yenidən qurdu. Ulu öndər keçmiş hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində aparmağa, ölkənin strateji maraqlarını region dövlətlərinin Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı. Müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, prioritetləri müəyyənləşdirildi tədricən həyata keçirilməyə başlandı. Qısa müddət ərzində bir çox ölkələrlə qarşılıqlı səmərəli əməkdaşlıq quruldu. Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirdi, ölkəmiz Cənubi Qafqazın lokomotiv dövlətinə çevrildi. Heydər Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq yaradıldı. Eyni zamanda, 1993-1995-ci illərdə Azərbaycan Prezidentinin bir sıra xarici ölkələrə səfərləri, keçirdiyi görüşlər, eləcə dünyanın ayrı-ayrı dövlətlərindən respublikamıza gələn nümayəndələrlə aparılan danışıqlar Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətlərin beynəlxalq aləmə çatdırılması baxımından əhəmiyyətli rol oynadı.

Müasir Azərbaycanın dönüş mərhələsini təşkil edən 14 iyul 1969-cu il milli tariximizə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcı kimi daxil olmuşdur həmin ildən başlanan tarixi mərhələ Azərbaycan təhsilinin, elminin mədəniyyətinin intibah dövrü hesab edilir. Bu bir həqiqətdir ki, bütün sahələrdə olduğu kimi, Azərbaycanda təhsilin hazırkı səviyyəyə çatmasında inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri var. Bu gün ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər, ümumi, peşə, orta ixtisas ali təhsil müəssisələrinin geniş şəbəkəsi, güclü elmi-pedaqoji kadr potensialı öz mənbəyini məhz ötən əsrin 70-ci illərindən götürmüşdür. Həmin dövrdə Azərbaycanda bütün təhsil ocaqları əvvəlki illərlə müqayisədə yeni inkişaf mərhələsinə yüksəlmiş, bu istiqamətdə aparılan dövlət siyasəti Azərbaycan əhalisinin mədəni intellektual səviyyəsinin yüksəldilməsində müstəsna rol oynamışdır.

Ulu öndər Heydər Əliyev hər zaman müəllim peşəsinə böyük dəyər vermiş, "Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram" demiş, bu yanaşmadan çıxış edərək müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı mühüm qərarlar qəbul etmişdir. Heydər Əliyev hər yeni tədris ilinin ilk günündə məktəblərdə olur, müəllim şagirdlərlə görüşür, onları dinləyir öz müdrik tövsiyələrini verirdi. Heydər Əliyevin müəllim peşəsinə sonsuz diqqəti dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, son illərdə müəllim nüfuzunun yüksəldilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.

Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə təhsil sahəsində islahat proqramının hazırlanması üçün Dövlət Komissiyası yaradıldı, qısa müddət ərzində "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" hazırlandı 1999-cu il iyunun 15- təsdiq edildi. Proqramda təhsilin gələcək inkişaf strategiyası müəyyənləşdirilməklə, mərhələlər üzrə təhsil sisteminin strukturunda, idarə edilməsində, məzmununda, maddi-texniki bazasında, iqtisadiyyatında, kadr hazırlığı təminatında əsaslı islahatların aparılması nəzərdə tutulurdu. Proqramın həyata keçirilməsi prosesinə Dünya Bankı cəlb edildi, beynəlxalq təcrübə əsasında əsas istiqamətlər üzrə bir sıra islahatlar həyata keçirildi.

Sonrakı illərdə bu istiqamətdə işlər daha intensiv şəkildə davam etdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin diqqət qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə ümumtəhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi baxımından əhəmiyyətli işlər görülmüşdür. Bu nailiyyətlərin əldə edilməsində Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının müstəsna rolu olmuşdur.

Bu gün Azərbaycan xalqı Heydər Əliyevin ictimai-siyasi kursunu layiqincə davam etdirən, dünya dövlətçilik təcrübəsinə dərindən bələd olan, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla irəliləyir. Məhz buna görə , xalqımız ulu öndər Heydər Əliyevin siyasi varisi - praqmatik düşüncəli, müasir dünya siyasətini iqtisadiyyatını gözəl bilən, enerjili təşəbbüskar şəxsiyyət kimi dünya siyasətində özünəməxsus yer tutan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir. Ölkəmizdə olan xalq-iqtidar birliyi bu gün qazandığımız uğurları şərtləndirmişdirBugünkü gələcək nəsillərin üzərinə düşən ən böyük məsuliyyət Heydər Əliyevin şərəfli adı ölməz ruhu qarşısında müqəddəs borcu onun şah əsəri olan müstəqil Azərbaycan dövlətinin daha da çiçəklənməsi qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq, milli birliyimizə sədaqətlə xidmət göstərməkdir.

Aygün ƏHMƏDOVA,

ADPU-nun nəzdində Azərbaycan Dövlət

Pedaqoji Kollecin  müəllimi.