Mövsümün ən məhsuldar oyunları açıqlanıb
İdman

Mövsümün ən məhsuldar oyunları açıqlanıb

2023/2024-cü illər mövsümünün 2023-cü ildə baş tutan ən məhsuldar oyunlarında 10 qol vurulub.

"Respublika" Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Kubokunun “İrəvan” – “Araz-Naxçıvan” və II Liqanın “Göygöl” – “Şəmkir” matçlarının hər ikisində 8:2 hesabı qeydə alınıb.

Kubokda qonaqlar, aşağı liqada meydan sahibləri qalib gəliblər.

İki dəfə 9 qol vurulub. Bu qarşılaşmalar Əvəzedicilər Liqası və II Liqada baş tutub. 10 oyun isə 8 qolla yekunlaşıb. Ümumilikdə, 14 dəfə ən azı 8 top vurulub.

Premyer Liqanın ən məhsuldar matçında “Qarabağ” “Kəpəz”i 7:1 hesabı ilə üstələyib. Bu mövsüm ən az 8 qol vurulan oyunlardan biri Premyer Liqa, biri ölkə kuboku, biri I Liqa, üçü Əvəzedicilər Liqası, səkkizi II Liqaya təsadüf edib.

8 və daha çox qolun vurulduğu oyunlar:

14.11.2023. 2L. Göygöl - Şəmkir - 8:2

19.12.2023. AK. İrəvan – Araz-Naxçıvan - 2:8

25.09.2023. 2L. Kür-Araz - Kürmük Qax - 6:3

06.11.2023. 2L. Şahdağ Qusar - Dinamo - 9:0

13.08.2023. ƏL. Araz-Naxçıvan - Qəbələ - 2:6

11.09.2023. 2L. Qusar - Şəmkir - 7:1

21.09.2023. 1L. Şamaxı - Araz Saatlı - 8:0

01.10.2023. ƏL. Turan Tovuz - Neftçi - 0:8

24.10.2023. 2L. Şəfa - Cəbrayıl - 2:6

31.10.2023. 2L. Cəbrayıl - Ağdaş - 5:3

04.11.2023. MPL. Qarabağ - Kəpəz - 7:1

27.11.2023. ƏL. Neftçi - Araz-Naxçıvan - 8:0

05.12.2023. 2L. Kür-Araz - Lerik - 7:2

15.12.2023. 2L. Lerik - Dinamo - 4:4