Monqolustan nümayəndə heyəti ilə görüş
Digər xəbərlər

Monqolustan nümayəndə heyəti ilə görüş

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Monqolustanın ölkəmizdəki fəxri konsulu Könül Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. 31 may Agentliyin məlumatında bildirilir.

Görüş zamanı AQTA-nın sədr müavini Zəkiyyə Mustafayeva Agentliyin fəaliyyət istiqamətləri, hədəflər, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə qonaqlara ətraflı məlumat verib. Eyni zamanda, Z.Mustafayeva 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələblər barədə məlumatları nümayəndə heyətinin diqqətinə çatdırıb. Müzakirələrdə qanunla bağlı yeniliklər, iki ölkə arasında qida səhəsində ticarət əlaqələri və Monqolustandan respublikamıza idxal olunan heyvan mənşəli məhsullarda xəstəliklərə nəzarət tədbirlərinə də toxunulub.

“Respublika”.