AZƏRBAYCAN dünya mediasında
Digər xəbərlər

AZƏRBAYCAN dünya mediasında

"Daily Sabah": Azərbaycan türkiyəli ağır atletlərə təşəkkür edib

Türkiyənin nüfuzlu "Daily Sabah" nəşri Azərbaycan Prezidenti İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyevanın Avropa çempionatında qazandıqları medalları Azərbaycana həsr edən türk atletlərə minnətdarlıqlarını bildirmələri ilə bağlı məqalə dərc edib.

Yazıda qeyd olunub ki, İlham Əliyev birinci xanım Mehriban Əliyeva Cansu Bektaş Qamze Altunu üç qızıl bir gümüş medal qazanmaları münasibətilə təbrik edib, Türkiyə bayrağını dünya səhnəsində dalğalandırdıqlarına görə təşəkkür ediblər. Yazıda Bektaş Altunun qələbələrinin sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığının sübutu olduğu bildirilib. Vurğulanıb ki, Azərbaycanın olmadığı yerdə Türkiyə hər zaman Bakını təmsil edir.

Qeyd edək ki, türkiyəli idmançılar İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatda medal qazanıblar. Cansu Bektaş 72 kiloqram qaldıraraq Avropa gənclər rekordunu qırıb. O, müsahibəsində qazandığı qələbəni Azərbaycana həsr etdiyini bildirib.

Xatırladaq ki, Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması səbəbindən ağırlıqqaldıranlarımız yarışmaqdan imtina ediblər. Baş verənlərə cavab olaraq, Prezident İlham Əliyev bu əməli pisləyərək deyib ki, Azərbaycana qarşı bu təxribatı törədən düşmən nəinki bayrağımızı təhqir edib, hətta bütün türk dünyasına hörmətsizlik sərgiləyib. Azərbaycan Gənclər İdman Nazirliyi bəyanat yayıb belə bir hadisənin bir daha təkrarlanmaması üçün bütün lazımi tədbirlərin görüləcəyini bildirib.

 

Anadolu Agentliyi: Yeni Azərbaycan Partiyasından Ədalət və İnkişaf Partiyasına dəstək

Türkiyənin "Anadolu Agentliyi" Yeni Azərbaycan Partiyasının sədr müavini Tahir Budaqov onu müşayiət edən nümayəndə heyətinin Ədalət İnkişaf Partiyasının sədr müavini Numan Kurtulmuşu ziyarət etdiyi xəbərini yayıb.

Görüşün 14 may Prezident seçkilərində Ədalət İnkişaf Partiyasına dəstək xarakteri daşıdığı bildirilib. Numan Kurtuluşun nitqinin yer verildiyi xəbərdə iki ölkə arasında dialoq əməkdaşlığın günü-gündən irəlilədiyi, əlaqələrin strateji tərəfdaşlıq müttəfiqlik səviyyəsinə yüksəldiyi qeyd olunub. Bundan əlavə, Rəcəb Tayyib Ərdoğanın Türk Dövlətləri Birliyini güclü fərqli bir ölçüyə gətirdiyini ifadə edən Tahir Budaqov, əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.

 

The Guardian: "Tehran metrosunda hicabsız qadınlara qadağa qoyulacaq"

Britaniyanın məşhur "The Guardian" qəzeti İranda metroda hicab taxmayan qadınlara qadağa qoyulacağı barədə məqalə yayımlayıb.

Məlumata görə, Tehran metrosunda hicab mühafizə qrupları yaradılacaq hicabsız qadınların metroya girişinə qadağa qoyulacaq. Tehran Metro Şirkəti artıq İranın zadəgan təbəqəsinin hicab məsələsi ilə bağlı tələblərinə uyğun olaraq Tehran şəhərətrafı metro stansiyalarında şifahi xatırlatma layihəsinə başladığını elan edib. Amma İran dövlət televiziyasındakı son görüntülər artıq metro işçilərinin hicabsız bilet baryerindən keçməyə çalışan qadınları buraxmadığını göstərir.

Qadınlara qarşı ən son təhdidlər isə Tehran, Kərəc digər şəhərlərdəki orta məktəblərdə oxuyan qızların zəhərlənməsi olub. Belə ki, bu günlərdə ən azı doqquz məktəbdə kütləvi zəhərlənmə faktı qeydə alınıb. İran parlamentinin deputatı Məhəmməd Həsən Asəfari hökumətin təhlükəsizlik orqanlarının cinayətkarları müəyyən edə bilmədiyini, Səhiyyə Nazirliyinin isə istifadə olunan zəhərin xarakterini hələ müəyyənləşdirmədiyini bildirib.

 

"Nova news": Fransızların 64 faizi Makrona etibar etmir

"Nova news" xəbər saytı "Le Figaro" qəzetinin Fransa xalqı arasında keçirdiyi sorğunun nəticəsi barədə məlumat yayımlayıb.

Məlumatda Fransa vətəndaşlarının 64 faizinin ölkə başçısı Emmanuel Makrona etibar etmədiyi bəlli olub. Hesabatda əldə olunan nəticə Makronun yenidən prezident seçilməsindən sonra qeydə alınmış ən yüksək göstəricidir. Yazıda, həmçinin Fransa əhalisinin Makrondan əlavə, ölkənin baş naziri Elizabet Borndan narazılığı da öz əksini tapıb.

Xatırladaq ki, Emmanuel Makronun son zamanlardakı fəaliyyəti ölkədə xeyli etiraza səbəb olub. İnsanlar kütləvi şəkildə küçələrə axın edərək dövlətin keçirdiyi islahatlardan narazılıqlarını bildirirlər.

"Respublika".