85 il səmada: Azərbaycan Mülki Aviasiyası yubileyini qeyd edir
Digər xəbərlər

85 il səmada: Azərbaycan Mülki Aviasiyası yubileyini qeyd edir

Bu gün Azərbaycan aviatorları peşə bayramlarını və mülki aviasiyanın yaranmasının 85 illiyini fəxrlə qeyd edirlər.

Prezident İlham Əliyevin 2006-cı il 18 may tarixli "Mülki Aviasiya işçilərinin peşə bayramının təsis edilməsi haqqında" Sərəncamı ilə hər il 2 iyun Azərbaycanda Mülki Aviasiya işçilərinin peşə bayramı kimi qeyd olunur.

85 illik yubileyi çərçivəsində AZAL-ın rəhbərliyi və kollektivi Fəxri xiyabanı ziyarət edərək, ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və güllər qoyub.

"85 il ərzində Azərbaycanın mülki aviasiyası ümummilli lider Heydər Əliyevin qətiyyətini əks etdirən unudulmaz tarix yaratmışdır. Bu sahədə sürətli irəliləyiş Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində əldə edilib. Onun daimi dəstəyi nəticəsində ölkənin mülki aviasiyası bütün beynəlxalq standartlara və tələblərə cavab verir", - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib. Onun sözlərinə görə, mülki aviasiya Azərbaycanın nəqliyyat sisteminin mühüm tərkib hissələrindən biri olmaqla ölkə iqtisadiyyatının yüksəlişinə töhfə verir.

Mehparə ƏLİYEVA,

"Respublika".