Misir Süveyş körfəzində yeni neft yatağı kəşf edib
Dünya xəbərləri

Misir Süveyş körfəzində yeni neft yatağı kəşf edib

Misirin beynəlxalq enerji şirkəti “Cheiron” Süveyş körfəzinin şimalında yeni neft yatağı kəşf edib.

"Respublika" xəbər verir ki, bu barədə Misirin Neft və Mineral Ehtiyatlar Nazirliyinin açıqlamasında bildirilib.

Neftin yüksək keyfiyyətli olduğu qeyd edilsə də, miqdarı barədə məlumat verilməyib.

Misirin neft və mineral ehtiyatlar naziri ölkəsinin neft ixracatının 2022-ci ildə 41 faiz artdığını və 2025-ci ilə qədər 300 təbii qaz və neft quyusu qazmağı planlaşdırdıqlarını qeyd edib.