Mingəçevirdə ali təhsil müəssisələri arasında müsabiqə
Digər xəbərlər

Mingəçevirdə ali təhsil müəssisələri arasında müsabiqə

Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “Enactus Azərbaycan”ın birgə təşkilatçılığı ilə “Gənclər Paytaxtı” Mingəçevir şəhərində ümumillikdə 100 nəfər olmaqla 21 universiteti təmsil edən komandalarla “Enactus Biznes Məktəbi” adlı tədbir düşərgə baş tutub. Bu barədə 3 iyun qurumdan verilən məlumatda bildirilir.

Tədbirin ilk günündə müxtəlif ali təhsil müəssisələrindən olan komandalar “Enactus Milli Yarış” simulyasiya müsabiqəsinin yarımfinal mərhələsində sosial sahibkarlıq layihələrini təqdim ediblər. İkinci günündə isə müsabiqənin final mərhələsinin qalibləri elan olunub və müsabiqənin qalibləri hədiyyə, sertifikatla mükafatlandırılıb.

“Enactus Biznes Məktəbi” layihəsi çərçivəsində peşəkar təlimçilər tərəfindən “Komanda quruculuğu və idarə olunması”, “İdeya generasiyası: mərhələlər və sərhədlər”, “Marketinq əsas dəyər yaratma aləti” və “Storytelling” mövzularında təlim sessiyaları və qrup işləri keçirilib.

“Respublika”.