Naxçıvanda məhkəmə orqanlarının yaxın keçmişinə qısa tarixi baxış
Digər xəbərlər

Naxçıvanda məhkəmə orqanlarının yaxın keçmişinə qısa tarixi baxış

1827-ci ildən 1833- ilədək Naxçıvanda şəhər məhkəməsi fəaliyyət göstərmiş məhkəmə naibi (sədri) Ehsan xan olmaqla rus qərargahından verilən zabit köməkçilər, xəzinədar iki açıq səsə malik olan kənd starşinalardan ibarət olmuşdur. Məhkəmə mülki az əhəmiyyətli cinayət işlərini Rusiya qanunları ilə həll edirdi. Tarixi qaynaqlardan aydın olur ki, məhkəmə işlərinin baxılmasında Ordubad dairəsi Naxçıvan şəhər məhkəməsinə tabe idi həmin vaxt Ağa Mir Fətxan Ordubadi Ordubad şəhərinin hakimi təyin edilmişdi.

23 iyul 1833- ildə qəbul edilmiş Əsasnaməyə dəyişikliklərlə Naxçıvanda əyalət məhkəməsi yaradılmış əvvəlki şəhər məhkəməsindən fərqli olaraq onun tərkibi tamamilə rus məmurlarından təşkil olunmuşdur. Həmin illərdə Naxçıvan əyalət məhkəməsinin səlahiyyətləri geniş olmasa da, cinayət işlərinə baxılmışdır. Belə ki, 1834-1839-cu illərdə Naxçıvan polis idarəsinə əyalət naibliyinə daxil olan ərizə şikayətlərlə bağlı məhkəmədə adam öldürmə üzrə - 10, oğurluq üzrə - 26, dalaşma üzrə - 43, qaçaqmalçılıq üzrə - 53, mülki digər əmlak işləri üzrə - 177 işə baxılmış hökm çıxarılmışdır.

Çar I Nikolayın 10 aprel 1840- il tarixli "Qafqaz diyarının idarə olunması üçün təsisat" adlı inzibati-məhkəmə islahatı ölkəmizdə uzun illərdən bəri mövcud olan məhkəmə sistemini bütövlüklə rus məhkəmə sistemi ilə əvəz etmiş, bununla da rus dilində fəaliyyət göstərən qəza məhkəmələri, o cümlədən quberniya vilayət, cinayət mülki məhkəmə palataları yaradılmışdır. Həmin dövrdə Naxçıvanda fəaliyyət göstərən qəza məhkəməsi əsasən notarial, əmlak, mülki, torpaq, oğurluq polis orqanları tərəfindən daxil olmuş cinayət işlərinə baxmaq səlahiyyətlərini yerinə yetirirdi.

10 aprel 1840- il tarixli qanun Cənubi Qafqazda, o cümlədən Azərbaycanda 1841-ci ilin əvvəllərindən tətbiq olunmağa başlanmış qanun çərçivəsində dini məhkəmələrə mühüm funksiyalar verilmişdir. Belə ki, müsəlmanlar şəriət qaydaları əsasında müəyyən mülki işlərini həll edə bilərdilər. Sonrakı dövrlərdə şəriət məhkəmələrinin səlahiyyətlərinin xeyli məhdudlaşdırılmasına baxmayaraq, hətta XIX əsrin sonlarında belə müsəlmanlar öz mülki mübahisələrinin həllində qazılara üz tuturdular. 1883- ildə Naxçıvan qəzasının qazısı Axund Hacı Molla Saleh Məhsunzadə, Şərur-Dərələyəz qəzasının qazısı Axund Hacı Molla İsmayıl Nadirzadə, Ordubad qəzasının qazısı isə Axund Mehdi Məhəmmədzadə olmuşdur.

II Aleksandr tərəfindən imzalanan 20 noyabr 1864- il tarixli fərmanla Zaqafqaziyada məhkəmə islahatlarına əsasən məhkəmə iclasları rus dilində aparılır, 1866- il tarixli məhkəmə islahatına görə isə hakim vəzifəsinə yalnız ruslar təyin olunurdular. Bu hal öz növbəsində xalqa yad olan hakimlərin müəyyən hallarda yerli adət-ənənələrə hörmətsizlik göstərməsinə, bir sıra hallarda isə qanunsuz hərəkətlərə gətirib çıxarırdı. Bu cür məkrli qərəzli hallar çarizmin müstəmləkəçilik siyasətindən irəli gəlirdi. 1866- il yanvar ayının 1-dən yeni məhkəmə nizamnamələri Tiflis, Bakı, Yelizavetpol İrəvan quberniyalarında tətbiq olunmağa başlamışdı. Bu proses İrəvan quberniyasının tərkibinə daxil olan Ordubad Naxçıvan qəzalarında da həyata keçirilirdi.

Məhkəmə islahatlarından sonra Azərbaycanda 19 fevral 1868-ci ildə tərkibində müvafiq prokuror nəzarəti istintaq hissəsi olan yeni məhkəmə idarələri yaradılmışdı. Bunlara Bakı quberniyasında Bakı dairə məhkəməsini, Bakı, Şamaxı, Quba, Lənkəran, Cavad Göyçayda barışıq şöbələrini, Yelizavetpol quberniyasında dairə məhkəməsini, Yelizavetpol, Qazax, Nuxa, Şuşa Siyəzən barışıq şöbələrini misal göstərmək olar. Bu idarələrdən biri İrəvan quberniyasında yaradılan Naxçıvan barışıq şöbəsi idi.

Ümumiyyətlə, barışıq şöbələrinin təkcə hakimləri yox, üzvləri, katibləri, məhkəmə pristavları (məhkəmə icraçıları), bir sözlə bütün məhkəmə işçiləri demək olar ki, qeyri-azərbaycanlılardan təşkil olunurdu. 1883- ildə Naxçıvan qəzası üzrə barışıq hakimi Saruxanbekov, onun köməkçisi Raqovski, məhkəmə pristavı Aşot İoannesyanç, Şərur-Dərələyəz üzrə barışıq hakimi Qayk-Ter Ambakumyan, 1887-ci ildə Naxçıvan barışıq şöbəsinin barışıq hakimi Bakradze, onun köməkçisi Yunkis, Şərur-Dərələyəz üzrə məhkəmə pristavı Qriqorov olmuşdur.

1870-ci ilin aprel ayında canişinin göstərişi ilə yerlərdə barışıq şöbələri ilə yanaşı, istintaq barışıq məntəqələri təsis edilmişdi. Barışıq məntəqələri öz funksiyalarını barışıq şöbələrinin səlahiyyətində yerinə yetirirdi. Həmin dövrdə Ordubadda da belə bir təsisat yaradılmış qurum Ordubad Barışıq məntəqəsi adlandırılmışdı. Ordubad Barışıq məntəqəsi tərəfindən verilən qərarlar son dərəcə kiçikhəcmli olur, iddia tələbi ilə bağlı çıxarılan məhkəmə qərarlarında "əsaslandırıcı" hissə olmur, sadəcə "giriş" "nəticə" hissələrindən ibarət olurdu.

Ordubad Barışıq məntəqəsi tərəfindən qiyabi qərarlar da çıxarılırdı. Məsələn, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan qiyabi qərarda deyilir: "Mən, Ordubad Barışıq məntəqəsinin müdiri açıq məhkəmə iclasında 123 rubl iddia tələbi üzrə mülki işə baxaraq müəyyən etdim: Belə ki, cavabdeh tərəfindən iddiaçının iddia tələbinə qarşı mübahisə olmadığından imperator II Aleksandrın mülki mühakimə qaydalarının 105, 1454, 146- maddələrinə əsasən qərar verdim: İddia təmin edilsin".

Ordubad Barışıq məntəqəsində məhkəmə qərarlarının icrasını pristav (məhkəmə icraçısı) həyata keçirir, məntəqənin müdiri tərəfindən çıxarılan qərarların icra olunmasında pristava yerli polis hərbi rəhbərlik tərəfindən köməklik göstərilməsi həvalə olunurdu.

Barışıq şöbələrinin qərarlarından dairə məhkəmələrinə şikayət etmək olurdu. Dairə məhkəmələrində eynilə barışıq məhkəmələrində olduğu kimi, işlərə rus dilində, qeyri-azərbaycanlılardan olan hakimlərin iştirakı ilə baxılır, qərarlar isə əsaslandırılmadan verilirdi. Fərq isə ondan ibarət idi ki, məhkəmələrdə işlərə bir hakim deyil, sədr iki üzv tərəfindən baxılırdı.

Şikayətlərə baxılması isə uzun müddət tələb edirdi. Bu isə süründürməçilik hallarına, bəzən isə hədsiz ləngimələr ucbatından baxılmış işin əhəmiyyətinin itirilməsinə qədər aparıb çıxarırdı.

Bu dövrdə məhkəmələrdə işlərə istisnasız olaraq rus dilində baxılması proses iştirakçılarının demək olar ki, bir-birini başa düşməməsinə səbəb olur onları tərcüməçilər vasitəsilə əlaqə saxlamaq məcburiyyəti qarşısında qoyurdu. Mülki işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsində əsrlər boyu formalaşmış yerli adət-ənənələr qətiyyən nəzərə alınmır, işlərə baxılarkən şahid ifadələri əsassız yerə rədd edilirdi. Rahat yolların olmaması barışıq şöbələrinin bir sıra yaşayış məntəqələrindən uzaq məsafələrdə yerləşməsi, məhkəmə sənədləşmələrində ifrat formalizm, işlərin baxılmasının lüzumsuz yerə uzadılması mövcud vəziyyəti daha da pisləşdirirdi.

Məhkəmə proseslərinin aparılması ilə yanaşı, istintaqın, notarius işlərinin hamilik idarələri vəzifələrinin yerinə yetirilməsinin barışıq məhkəmələrinin üzərinə qoyulması nəticəsində işlərə baxılmasında süründürməçilik halları artırdı. Belə ki, XIX yüzilliyin sonunda Bakı quberniyasının barışıq məhkəmələrinə bir il ərzində orta hesabla 27 min daxil olmuşdu ki, onun yarısı, yəni 14 min baxılmamış qalmışdır.

Bütün bunlar isə onu deməyə əsas verir ki, o dövrdə barışıq məhkəmələrinin fəaliyyəti lazımi səviyyədə olmamış beləliklə, zəhmətkeşlərin hüquq mənafeyinin qorunması əksər vaxt formal xarakter daşımışdır.

Beləliklə, o dövrdə Naxçıvanda müxtəlif adlara səlahiyyətlərə malik olan məhkəmə orqanları fəaliyyət göstərmiş onların tərkibində çox vaxt milli kadrlar olmamışdır.

Yunis XƏLİLOV,

Naxçıvan Muxtar Respublikası

Ali Məhkəməsinin əməkdaşı.