Maraqlı

"Meta" şirkəti daha bir yeniliyə imza atdı

ABŞ-ın “Meta” korporasiyası sosial şəbəkə platformalarında istifadəçilərlə ünsiyyət zamanı müxtəlif tarixi şəxsiyyətləri və digər personajları təqlid edə biləcək süni intellektə əsaslanan çatbotları işə salacaq. 

"Respublika" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, yeni proqram məhsulları sentyabrda istifadəyə verilə bilər. 

Onlar şirkətin sosial şəbəkələrinin istifadəçilərinə məlumat tapmaqda kömək edəcək, müxtəlif tövsiyələr verəcək, həmçinin əyləncə yaradacaqlar. Məsələn, personajlarla oynamaq mümkün olacaq. Botlar Avraam Linkoln kimi tarixi şəxsiyyətlərin danışıq tərzlərini təqlid edəcəklər. Onlar adi tematik personajları da yamsılayacaqlar.

Nəzrin ELDARQIZI,

"Respublika".