Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri qədər vaxt keçsə , tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib   bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk  ayaq basmasına bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm həyat tərzimizə  böyük təsir göstərib. Bəlkə bu hadisələrin çoxu yaşanmasaydı dünya indikindən daha fərqli olardı. Həyatımıza sivilizasiyaya  təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə  ekskurs  edək...

Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "Stalinqrad döyüşü" oxuculara təqdim edirik.

"Respublika".

Stalinqrad döyüşü

Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən biri Stalinqrad döyüşüdür. Almaniyanın işğal planının iflasa uğramasına səbəb olan, Hitlerin sonunu gətirən bu döyüşlər təkcə İkinci Dünya müharibəsinin gedişatına deyil, həm XX əsrdə bütün dünyada siyasi ab-havanın dəyişməsinə həlledici təsir göstərib. 1942-ci ilin iyul ayından 1943- ilin fevral ayına  qədər davam edən  bu döyüşlər dünya tarixində baş vermiş ən genişmiqyaslı ən qanlı döyüşlərdən biri kimi tarixə düşüb. İkinci Dünya müharibəsi zamanı Stalinqrad (indiki Volqoqrad) ətrafında Nasist Almaniyası ilə Sovet Rusiyası arasında gedən şiddətli döyüşdə üstün gələn ruslar alman ordusunu məğlub edib.

1942-ci ildə Avropanın böyük bir hissəsini ələ keçirən Hitler Şərqdə Yaponiya müttəfiqlərini çətin vəziyyətə salmışdı. O, artıq Avropa ilə kifayətlənmək istəmirdi, planı Rusiyaya qədər gedib çıxmaq idi. Hitlerin generalları Rusiyaya qarşı hücum planı üzərində işləyirdilər. Bu əməliyyata Foll Blau adı veriləcəkdi. Hitlerin məqsədi Rusiyanı qışa qədər diz üstə çökdürmək idi. Rusiyanın böyük bir hissəsi qışa qədər alınmalı idi, çünki o bilirdi ki, Rusiyanın qışı çox sərt keçir...

Hitlerin ilk hədəfi Voronej şəhəri idi. Plana görə, almanlar buranı ələ keçirəndən sonra Stalinqradı Volqanı da zəbt edə biləcəkdilər. Sentyabr ayında faşistlər Qafqaz dağlarını öz nəzarətləri altına almalı idi. Bu səbəbdən  Hitler öz qərargahını Vinnitsa şəhərinə köçürdü. O inanırdı ki, bu şəhərdən Rusiyaya qarşı əməliyyatı daha yaxşı istiqamətləndirə biləcək. Hitler bu döyüşdə qələbə qazanacağından əmin idi. Məğlub olmağı ağlından belə keçirməyən Hitler, döyüşün 3-4 aydan çox çəkməyəcəyini ehtimal edirdi. Artıq Qafqazla bağlı planını hazırlamışdı. Plana görə, Qafqaz Almaniya dövlətinə daxil olmayacaqdı, amma bu bölgəni təbii sərvətləri strateji hərbi əhəmiyyətinə görə istifadə edəcəkdi. Almanlar iyunun 24- Rusiya torpaqlarında 200 kilometrə qədər irəliləyə bilmişdilər. Həmin ərəfədə rus əsgərləri davamlı olaraq geri çəkilirdilər. Qarşıdurmalarda on minlərlə rus əsgəri öldürülmüş, yüz minlərlə əsgər isə əsir alınmışdı.

Almanlar martın 29-u Litvanı Belarusu ələ keçirdilər. Hitlerin düşüncəsinə görə, kommunizm faşizm bir yerdə mövcud ola bilməzdi. Buna görə o, kommunizmi məhv etmək üçün Rusiyanı zəiflətmək istəyirdi. Hitler iyul ayının 17-si Avropada bütün yəhudilərin məhv edilməsi əmrini verdi. Yeni ilə qədər avropada bir nəfər yəhudi qalmamalı idi. Bir çox yəhudi alman ordusu tərəfindən kölə halına gətirilmişdi. Almanlar Rusiya ərazilərində irəliləyərkən qarşılarına çıxan yəhudiləri məhv edirdilər.

İyulun 20- Hitler qartal əməliyyatının başladığını bildirdi. Alman ordusunun işğal etdiyi Rusiya torpaqlarını rus üsyançılardan təmizləmək Almaniyanın bu ərazilərdə nəzarətini təmin etmək lazım idi. Eyni tarixdə faşistlər yəhudi kəndinə hücum etdi. Yəhudilər təslim olmaq əvəzinə alman ordusuna müqavimət göstərdi, amma alman ordusu artıq yəhudilərin müqavimətini qırmışdı. Qaçmağı bacaran yəhudilər meşənin dərinliklərinə qədər getdilər rusların tərəfinə keçdilər. Faşistlər iyulun 23-ü Rusiyanın Rostov-na-Donu şəhərini tutdular. Hitler müharibəni qazanmaq üçün neftin yanacağın qədər vacib olduğunu başa düşürdü. On minlərlə tankın minlərlə döyüş təyyarəsinin yanacağa ehtiyacı var idi.

Bu səbəbdən ordusuna Rusiyanın Qara dəniz sahillərini, Qroznını Bakını işğal etmək əmri verdi. Çünki bu ərazilərdə kifayət qədər neft ehtiyatı var idi. Əməliyyat rusların nəzarəti altında olan neft ehtiyatlarını da azaldacaqdı. Faşistlərin növbəti hədəfi Stalinqrad şəhəri idi. Alman generalları Hitleri xəbərdar etmişdilər ki, bu plan uğursuzluqla nəticələnsə, alman ordusunun sonu gələ bilər. Çox sayda əsgəri rus ərazilərinə göndərmək riskli addım hesab olunurdu, çünki bu addım digər ərazilərin əldən getməsinə səbəb olacaqdı.

Avqustun 1-i almanlar Qafqaza doğru irəliləməyə başladılar. Həmin ərəfədə Qafqazla Stalinqradı bir-birinə bağlayan dəmiryolu xətti ələ keçirilmişdi. Eyni tarixdə ruslara kömək məqsədilə ingilislər, amerikalılar Şimali Afrikada alman italyan əsgərlərinə qarşı hücum qərarı verdilər. Amerikada yeni cəbhə açmaq üçün kifayət qədər əsgər yox idi. Amma amerikalılar almanları aldatmaq üçün Avropanın böyük şəhərlərinə hücum planının olduğunu yaymışdı. Bu məlumat faşistlərə sızdırılmış onlarda təlaş yaratmışdı. O dövrdə ruslarla amerikalıların ortaq hədəfi faşistləri Avropadan sıxışdırıb çıxarmaq idi. Buna görə onlar müttəfiq kimi davranırdılar. Avqustun 3- almanlar Stalinqradın cənub-qərbinə gəlib çıxmışdılar. Amma şəhərə çatmaq üçün 100 kilometr məsafə qət etmək lazım idi.

Avqustun 4- faşistlər Qafqazın bir hissəsini ələ keçirdilər. Bu da ingilisləri təlaşlandırırdı. Faşistlər Stalinqrada Qafqaz üzərindən hücum edə bilərdilər. İngilislər öz əsgərlərini fars bölgəsinə yerləşdirmək üçün Şimali Afrikadakı əsgərləri geri çağırdılar. Avqustun 5-i almanlar Armavirə girdilər. Buranın alınması Qafqazın alınması demək idi.

İngilislər almanların Qafqaz barəsində ciddi niyyətlərinin olduğunu başa düşdülər. Avqustun 9-da rus şəhərlərinə irəliləyən almanlar Qara dənizə yaxın yerləşən Maykop şəhərini tutdular. Ruslar geri çəkilərkən ərazidə bütün neft quyularını yandırmışdılar. Bu da o demək idi ki, Hitler bir müddət bu neft quyularından istifadə edə bilməyəcək.

Avqustun 15-i Qafqazda möhkəmlənməyə başlayan almanlar Stalinqrada hücum etmək qərarı verdilər. Çörçill Stalinə hərbi yardım edəcəyinə söz verdi. Kanadalılar ingilislər Avropanın qərbində faşistlərə hücuma başladılar. Bu, hər iki tərəf üçün qanlı qarşıdurmaya çevrildi. Avqustun 19-u isə Elbrus dağının zirvəsinə faşist bayrağı sancıldı. Bundan sonra Qroznıya 200-250 kilometr məsafə qalmışdı. Almanlar Qafqazın böyük bir hissəsini tutmuşdular. Stalinqrad ətrafındakı halqa get-gedə daralırdı. Həmin ərəfədə ruslar Leninqrad istiqamətində hücuma keçmişdi. Hər iki tərəf böyük itkilər vermişdi.

Faşistlər avqustun 23- səhər Volqa çayına gəlib çatdılar gözləmə mövqeyi tutdular. Almanlar Stalinqradın ətraf ərazilərinə gəlib çatmışdı. Plana görə təyyarələr gün ərzində Stalinqradı bombalayacaq, axşam isə əsgərlər oraya hücum edəcəkdi. Həmin müddətdə faşistlərə aid 600 hərbi təyyarə səmada görünməyə başladı. Bu hərbi təyyarələr şəhərin sənaye hərbi obyektlərini bombalamağa başladılar. Stalinqrad Avropa ilə Rusiya arasında körpü rolu oynayırdı strateji əhəmiyyət kəsb edirdi. Almanlar gün ərzində şəhəri ciddi şəkildə bombaladılar, amma qurudan hücuma keçmədilər.

Sentyabrın 3- almanlar Volqa çayının qərb sahilini ələ keçirdilər. Stalinqradı nəzarət altında saxlayan bu bölgədə öz bazalarını qurmağa başladılar. Sentyabrın 6-da isə ruslar toplaşaraq, Stalinqradın ətraf ərazilərində faşistlərə qarşı hücuma keçdilər. Bir neçə saat davam edən döyüşlərdə almanlar rusların şəhərin dərinliyinə qədər geri çəkilməsinə nail olmuşdular. Sentyabrın 14- şəhərdə şiddətli döyüşlər gedirdi. Şəhərin bəlli bir hissəsi gah almanların, gah da rusların nəzarətinə keçirdi. Ruslar yaralıları şəhər sakinlərini daşımaq üçün Volqa çayında gəmilərdən istifadə edirdilər. Almanlar isə çayın sahillərinə yan almış gəmiləri atəşə tuturdular. Bu toqquşmalarda hər iki tərəfdən çox sayda ölü yaralılar var idi.

Ruslar müdafiəyə çəkilərək, almanların hücumlarına rəğmən şəhəri qorumağı bacarmışdılar. Sentyabrın 18- Rusiya Dəniz Qüvvələri gəmi ilə Volqa çayını keçərək Stalinqradın şimalında mövqelərini tutmuşdular. Ərazidə yerləşən taxıl anbarının ətrafında mövqelərini quraraq müdafiəyə başlamışdılar. Həmin tarixdə almanlar buraya 10 dəfə hücum etsələr hər dəfə geri çəkilməyə məcbur olmuşdular.

Sentyabrın 24-ü alman hərbi geyimi geyinən 600 rus partizanı Almaniya tərəfinə keçməyi bacarıb, toplar ağır silahlarla atəş açıb, geri çəkilmişdilər. Hadisə zamanı almanların hərbi təchizat bölgəsi deposu yanmışdı. Sentyabrın 25- alman ordusu şəhərin sənaye bölgəsinə hücum edərək, zavodların ərazisini ələ keçirsə qısa müddətdə şəhəri ələ keçirməyin qeyri-mümkün olduğunu başa düşdülər. Sərt qışla üz-üzə qalmaq istəmirdilər. Sentyabrın 27-si şəhərin kommunist partiyası binasından faşist bayrağı dalğalanmağa başlamışdı, amma binanın özündən əsər-əlamət qalmamışdıRuslar üçün bu bina qürur mənbəyi idi onlar üçün  binanı geri almaq çox vacib idi. Buna görə bərələr vasitəsilə Volqa çayından buraya əsgərlər gətirildi   ruslar şəhərin şimalında almanların işğal etdiyi 25 kəndi geri almağı bacardılar.

Oktyabrın 3-ü şəhərin bir hissəsinə almanlar, digər hissəsinə isə ruslar nəzarət edirdilər. Almanlar qədər çalışsalar da, rus müqavimətçilərini şəhərdən qova, bundan əlavə ehtiyat əsgərlərin gəlməsinə mane ola bilmirdilər. Rusların hələ bu ərazilərdə bərələri hərəkət edir, əsgər daşıyırdılar. Yaralı əsgərlər eyni yolla daşınırdı.

Almanlar oktyabrın 11-i şəhərə sonuncu dəfə hücum edib, rusları şəhərdən çıxarmağı planlaşdırırdılar. Döyüşə hazırlıqlar 3 gün davam etməli ayın 14-ü başlamalı idi. Ruslar bu müddətdə Qafqazdan həmin əraziyə gələn dəmiryolu xətlərini dağıtmışdılar. Ona görə almanların bu əraziyə ehtiyat qüvvə göndərməsi mümkünsüz olmuşdu. Almanların həmin tarixdə keçirəcəyi hücumda 300 tank iştirak etməli idi. Tankların məqsədi şəhəri dağıtmaq qalan rusları məhv etmək idi.

Oktyabrın 15-i şəhəri bombalamağa davam edən almanlar döyüşlərə üçgünlük ara verdilər. Şəhər tam olaraq alınmamışdı, amma alman ordusu artıq yorulmuşdu. Oktyabrın 18-i almanlar şəhərə yenidən hücum etdi. Həmin gün şəhərə şiddətli yağış yağırdı. Bir yandan yağış, bir yandan mərmi

Hitler noyabrın 8-i bəyan etmişdi ki, şəhəri alıblar, cüzi müqavimət var, onları da həll etdikdən sonra şəhər tamamilə onların nəzarətinə keçəcək. Amma bu, həqiqəti əks etdirmirdi. Almanlar zirehli maşınlarını təyyarələrini Şimali Afrikaya köçürmüşdülər. Bu da almanların Stalinqrada olan təzyiqini azaltmışdı.

Noyabrın 11-i almanlar  sənaye ərazilərinə hücum edib, iki zavodu ələ keçirdilər. Amma hadisələr almanların istədiyi kimi cərəyan etmirdi. Çünki almanların ən çox qorxduqları hadisə baş vermişdi. Qış yaxınlaşdıqca Volqa çayı donmağa başlayırdı.

Noyabrın 19-dan almanların işi istədikləri kimi getmədi. Ruslar bütün qüvvələrini birləşdirib, almanlara qarşı hücuma keçdi 3500 top raketlə almanları bombaladı. Mühasirə yaratmaq istəyən almanlar özləri əhatəyə alındılar. Almanlar çox çətin vəziyyətə düşmüşdülər. Bunu anlayan alman generalı Von Paulüs əsgərləri şəhər kənarına çıxarmağa başladı. Beləcə toqquşmalar 1943- ilin martına qədər davam etdi döyüş  almanların məğlubiyyəti ilə nəticələndi. Ruslar isə bu qələbəni təntənə ilə qarşıladılar...

Maraqlıdır ki, Stalinqrad döyüşündən təxminən 100 il əvvəl eyni səhvi Napoleon da etmişdi. Rusiyanın ən güclü silahını nəzərə almadan onunla müharibəyə girişmişdi. Nəticədə isə hesaba alınmayan bu silah əvvəlcə Napoleonun, sonra isə Hitlerin sonunu gətirdi. Bu silah Rusiyanın sərt keçən qışı idi...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".