Mərakeşli nazir: Qoşulmama Hərəkatının Bakı konfransı sıx əməkdaşlıq etmək baxımdan olduqca əhəmiyyətlidir
Siyasət

Mərakeşli nazir: Qoşulmama Hərəkatının Bakı konfransı sıx əməkdaşlıq etmək baxımdan olduqca əhəmiyyətlidir

Bu konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycana və digər ölkələrə təşəkkür edirəm. Bu görüş bizim üçün çox böyük fürsətdir, fikir mübadiləsi aparmaq, yaxından əməkdaşlıq etmək baxımından olduqca əhəmiyyətlidir.

"Respublika" xəbər verir ki, bu fikirləri Mərakeşin həmrəylik, sosial inteqrasiya və ailə naziri Hayar Avatif Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfransında səsləndirib.

O, Mərakeş Krallığında qadın, uşaq və ailə məsələləri istiqamətində həyata keçirilən işlərdən bəhs edərək deyib: “Mövcud sahədə bir sıra irəliləyişlər əldə olunub. Qadınlara qarşı zorakılığın qarşısının alınması baxımından dövlət tərəfindən lazımi addımlar atılır. Mərakeşin inkişafında qadınlar böyük pay sahibi olmalıdır. Bütün sahələrdə qadınların fəaliyyəti təqdirəlayiq və danılmazdır”.

Qadınların bütün sahələrdə tamhüquqlu şəxs kimi qəbul edilməli olduqqlarını deyən Hayar Avatif ölkəsindəki deputatların 24 faizini qadınların təşkil etdiyini söyləyib. Qeyd edilib ki, Mərakeşdə qadınlar üçün bütün sahələrdə layiqli şərait yaradılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın