Laçında nəzarət-buraxılış məntəqəsinin qurulması beynəlxalq normalara uyğundur
Siyasət

Laçında nəzarət-buraxılış məntəqəsinin qurulması beynəlxalq normalara uyğundur

Laçın-Xankəndi yolunda Azərbaycanın qurduğu nəzarət-buraxılış məntəqəsi (NBM) regionda sülhün təhlükəsizliyin təmin olunması yolunda çox ciddi addımdır. Azərbaycanın bu təşəbbüsü həm daxili, həm beynəlxalq hüquqa əsaslanır. Bunu bütün dünya dərk edib anlasa da, lakin hər zaman olduğu kimi, erməni ictimaiyyəti rəhbərləri bu məsələdə qeyri-konstruktiv yanaşma sərgiləyir.

Ermənilərin dünya ictimaiyyətini çaşdırmağa yönələn fəaliyyəti davam etsə , Həkəri çayı üzərində NBM-in quraşdırılması bir çox ölkələr beynəlxalq təşkilatlar tərəfindən normal qaşılanıb. Hətta xarici ekspertlər bildirirlər ki, bu, regionda yaranan yeni reallıqdır buna hansısa xarici qüvvələrin müdaxilə etməsi qeyri-mümkündür. Cənubi Qafqazda kifayət qədər nüfuzu olan Rusiyanın da məsələyə çox ciddi reaksiya verməməsi, Azərbaycanla olan  əməkdaşlığa xələl gətirilməməsi kimi başa düşülə bilər. Əslində Ermənistan rəhbərliyi bunun qanuni olduğunu anlayır. Lakin onlara nəzarət edilən humanitar dəhliz deyil, nəzarətsiz gözdən könüldən uzaq bir yol lazımdır ki, rahat şəkildə Qarabağa silah-sursat, mina, hərbçi daşıya bilsinlər. 10 noyabr üçtərəfli Bəyanata zidd olaraq Azərbaycanın suveren torpaqlarında, sülhməramlı kontingentin nəzarətində olan ərazilərimizdə qanunsuz hərəkətlərə yol verən ermənilərin NBM-i "blokada" kimi qələmə verməsinin səbəbi bu mənada tam aydındır. Separatçıları yavaş-yavaş çıxılmaz vəziyyətə salan Azərbaycan dövləti gec-tez Xankəndidə fəaliyyət göstərən qondarma rejimin sonunu gətirəcək. Qlobal düzəndə heç bir ölkəyə saxta bir dövlət iqtisadiyyatı iflic vəziyyətində olan Ermənistan lazım deyil. Tam əksinə olaraq yeni dünya düzəninin aparıcı qüvvələrindən olan Azərbaycanla əməkdaşlığa strateji müttəfiqliyə hər bir kəs maraqlıdır. Buna görə "blokada" cəfəngini tez-tez gündəmə gətirib dünya ictimaiyyətini çaşdırmaq cəhdləri ermənilərə heç bir fayda vermir. Dünyanın ən güclü təşkilatlarından olan  Avropa İttifaqına üzv ölkələrin üçdəbiri ilə strateji müttəfiq olmağımız da Ermənistanla aparılan dialoqlarda bizə siyasi üstünlüklər qazandırır.

2020-ci ilə qədər Azərbaycan dövlətinin xarici siyasət kursu torpaqların işğaldan azad olunmasına yönəlmişdisə, əldə olunmuş Zəfərdən sonra bu, daha çox yaranan yeni reallıqların dünya ictimaiyyətinə qəbul etdirilməsinə istiqamətlənmişdir. Deyə bilərik ki, Azərbaycan diplomatiyası dövlət başçısının rəhbərliyi ilə bu yolda da uğurlar əldə edib. Prezident İlham Əliyevin Qarabağı ölkəmizin daxili məsələsi adlandırması, müxtəlif platformalarda gedən sülh prosesində danışıqlar predmetində yer almaması Ermənistanın dövlət səviyyəsində ərazi bütövlüyümüzü tanıması hədəflərimizə doğru inamla irəliləməyimizdən xəbər verir. Bütün bunların da əsasında dövlətimizin prinsipiallığı geri addım atmaması dayanır. Birmənalı olaraq bilinməlidir ki, Azərbaycan Qarabağ məsələsində Ermənistan tərəfinə heç bir güzəştə getməyəcək. Sülh razılaşması da yalnız iki ölkənin ərazi bütövlüyü çərçivəsində əldə edilməlidir. Yoxsa ermənilər ölkə başçısının dediyi kimi, özlərinə məxsus 29,8 min kvadratkilometr ərazidə rahat yaşaya bilməyəcəklər.

Sərhədçilərimizin Laçın-Xankəndi yolu üzərində quraşdırdığı, NBM ərazi bütövlüyümüzün qarantı kimi separatçı rejimin məğlubiyyətinə gətirib çıxaracaq. Araik Arutyunyan başda olmaqla onun ətrafına yığılan quldur dəstələri 2020-ci ildən sonra çıxılmaz vəziyyətə düşdüklərini anlayıblar. Son olaraq Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, qondarma rejimin "parlamentində" böyük səs-küyə səbəb olubÖzlərini deputat adlandıran saxta dövlətin nümayəndələri İrəvan rəhbərliyinin bu addımını hər qədər qəbul etməməyə çalışsalar da, Bakının hərtərəfli təzyiqi qarşısında tab gətirə bilməyəcəkləri açıq-aşkar görünür. Bir müddət əvvəl Xankəndidə "dövlət naziri" vəzifəsində çalışan, lakin sonradan bunun heç bir faydasının olmadığını görüb istefa verən Vardanyan kimilər dövlətimizin güclü siyasi iradəsi qarşısında aciz qalaraq təslim oldular. Eko-fəalların 4 aydan çox bir müddətdə böyük əzm dəyanətlə Vardanyan onun ətrafındakıların planlarını puç etməsi təqdirəlayiq bir halıdır. Qarabağdakı separatçıların məhvinə çox az qalıb.

Musa BAĞIRLI,

"Respublika".