Laçın sakinləri doğma yurda qayıtmağa hazırlaşırlar
Sosial həyat

Laçın sakinləri doğma yurda qayıtmağa hazırlaşırlar

Laçın rayonunun Sonasar kənd inzibati ərazisinə daxil olan Sonasar kəndinin sakini Quliyev İsfəndiyar Məhəmmədəli oğlu doğma yurda qayıtmağa hazırdır. Qalan ömrünü Laçında yaşamağı səbirsizliklə gözlədiyini deyən laçınlı ağsaqqal Prezident İlham Əliyevin Laçının ən hündür yerində Azərbaycan bayrağını qaldırması mərasiminə böyük sevinc hissi ilə baxdıqlarını qeyd edərək deyib: "Bizim həyatımız Laçında davam edəcək".

Bu barədə AZƏRTAC-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildiriblər.

Bütün gözəlliklərin Laçında, Şuşada, Qarabağda cəmləşdiyini deyən Quliyeva Həcər Hüseyn qızı isə quruculuq və bərpa işlərini fəxr, qürur hissi ilə izlədiklərini söyləyib.

Tezliklə doğma yurda qayıtmağa hazırlaşan keçmiş məcburi köçkün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.

Dövlət Komitəsinin hazırladığı videoçarxlarda Laçının, Zabuxun, Susun sakinləri doğma yurda qayıdışla bağlı fikirlərini bölüşürlər.