Kahramanmaraşda qurulan çadırlarda yerləşdirilən insanlar Prezident İlham Əliyevə təşəkkürlərini bildirirlər
Sosial həyat

Kahramanmaraşda qurulan çadırlarda yerləşdirilən insanlar Prezident İlham Əliyevə təşəkkürlərini bildirirlər

Məlumat verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən qardaş ölkəyə çoxlu sayda çadırlar çatdırılıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Kahramanmaraşda zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün FHN tərəfindən qurulan çadırlarda yaşayış üçün lazımi şərait yaradılıb. Burada yaşayan insanlar üçün nazirlik tərəfindən mobil səhra mətbəxi qurularaq qida təminatı təşkil edilib, uşaqlar üçün oyun guşəsi yaradılıb.

Çadırlarda yaşayan insanlar göstərilən dəstəyə və yaradılan şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürlərini bildirirlər.