Kütləvi məzarlıqlar erməni vəhşiliyinin sübutudur
Digər xəbərlər

Kütləvi məzarlıqlar erməni vəhşiliyinin sübutudur

Birinci Qarabağ müharibəsindən sonra yüzlərlə azərbaycanlının taleyi naməlum olaraq qaldı. Əsir düşən bu insanlardan hələ heç bir  xəbəri yoxdur. Dəfələrlə Azərbaycan tərəfi Ermənistana müraciət etsə , nəticə əldə edilməmişdir. İtkin kimi siyahıya alınan həmin insanların yaxınları, ailə üzvləri hələ ümid edirlər ki, onlar haqqında bir məlumat olacaq. Hətta sağ olduğuna inananlarümidlərini üzməyənlər var.

İtkinlər istər mülki şəxslər, istərsə hərbçilər arasında kifayət qədərdir. Bu, Ermənistanın bizə qarşı törətdiyi cinayət hadisələrindən yalnız biridir. Qarabağda erməni terrorçuları tərəfindən dinc əhalinin hərbi əsirlərin kütləvi şəkildə qətlə yetirilməsi danılmaz faktdır. Ağlasığmaz işgəncələrə məruz qalan əsirlər ya dözməyib dünyasını dəyişib, ya da ermənilər tərəfindən qətlə yetiriliblər.

44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə tikinti-quruculuq işləri aparılan zaman aşkarlanan kütləvi məzarlıqlar onu deməyə əsas verir ki, ermənilər bu cinayəti  məqsədli şəkildə həyata keçirmişlər. Belə məzarlıqlar bölgədə kifayət qədərdir. Aşkarlanan kütləvi məzarlıqlarda Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hərbçilər, mülki şəxslər xüsusi amansızlıqla qətlə yetirilərək qazılmış quyularda kütləvi şəkildə basdırılmışdır.

Torpaqlarımız işğaldan azad edildikdən sonra ölkə başçısı İlham Əliyevin tapşırığına əsasənBirinci Qarabağ müharibəsi zamanı itkin düşmüş vətəndaşların məzar yerlərinin müəyyən edilməsi istiqamətində axtarış tədbirləri həyata keçirilmişdir. Bu proses bəzi səbəblərdən hələ ki, tam şəkildə aparılmamışdırBelə ki, ərazilərin minalardan tamamilə təmizlənilməməsi prosesi əngəl törədir. Lakin minalardan  təmizlənən ərazilərdə aparılan axtarış tədbirləri nəticəsində kütləvi məzarlıqlar aşkar edilmişdir. Ermənistan hərbçiləri tərəfindən törədilmiş bu cinayət hadisəsi beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulduğunu göstərir. Bu, insanlığa sığan əməl deyil, erməni xislətinin daha bir sübutudur.

Torpaqlarımız işğaldan azad edildikdən sonra Kəlbəcər rayonunun Başlıbel kəndində məzarlıq aşkar olundu. Torpağa basdırılan skeletləşmiş 12 nəfərin meyitinin qalıqları tapılmışdır. 1993- il aprelin 3- Ermənistan silahlı qüvvələrinin Başlıbel kəndinə hücumu zamanı kəndi tərk edə bilməyən 62 nəfər mağaralara sığınmışdır. Aprelin 18- ermənilər kənd sakinlərindən sığındığı mağaraları aşkar edərək atəşə tutmuşlar. Nəticədə, 12 nəfər güllələnərək öldürülmüş,14 nəfər isə girov götürülmüşdürTapılan 12 nəfərin cəsədini digər mağaralarda gizlənən kənd sakinləri gecə vaxtı gizlin şəkildə dəfn etmişlər. Kəlbəcər rayonunun daha bir ərazisində, Ballıqaya deyilən yerdə kütləvi məzarlıq aşkarlanmışdır.

Ermənilərin amansızlıqla qətlə yetirərək kütləvi şəkildə basdırdıqları soydaşlarımızın sayı kifayət qədərdir. Belə məzarlıqlardan biri Xocavənd rayonunun Edilli kəndində Füzuli şəhəri ərazisində aşkar edilmişdir. Kütləvi məzarlıqda basdırılan  insanların xüsusi amansızlıqla qətlə yetirilməsi onlar aşkar edilən zaman bir daha aydın olmuşdur. Belə ki, paltarlı basdırılan bu insanların cəsədlərinin üzərində müxtəlif zorakılıq əlamətlərini görmək olur. İnsanlar əl-ayaqları məftillərlə sarınmışkürəklərinə bəzi məişət əşyaları, bıçaq, balta sancılmış formada dəfn olunmuşlar. Edillidə aşkarlanan kütləvi məzarlıqda işğal dövründə girovluqda saxlanılan 15-20 nəfər azərbaycanlı mülki şəxsin nəşi aşkar edilərək 3 metr dərinlikdən çıxarılmışdır.

Başqa bir məzarlıq isə Xocalı rayonu ərazisində Fərrux yüksəkliyində aşkar edilmişdir. Aparılan araşdırmalardan məlum olmuşdur ki, bu yüksəklikdə tapılan naməlum insan meyitləri Birinci Qarabağ müharibəsində ağır döyüşlərin getdiyi bir vaxtda ermənilərin işğalı zamanı şəhid olan Azərbaycan əsgərlərinə aiddir. Onu da qeyd edək ki, Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə 62 nəfər Xocalı rayonunun Pirlər kəndində 46 nəfər, Ağdam rayonunun Əliağalı kəndində 11 nəfər hərbçimiz itkin düşmüşdür. Ancaq Qarabağ ərazisində olan məzarlıqlar bunlarla bitmir. Araşdırmalar göstərir ki, ərazidə kütləvi məzarlıqların sayı çoxdur. Şuşanın Daşaltı kəndində 1992-ci ildə baş verən uğursuz Daşaltı əməliyyatı zamanı həyatını itirmiş 90 nəfərdən 30-u itkin düşmüş sayılır. Ehtimal olunur ki, tapılan məzarlıqdakı insan cəsədləri həmin döyüşdə əsir düşən hərbçilərə məxsusdur. Yaxın günlərdə isə Şuşa həbsxanası yaxınlığında qazıntı işləri aparılarkən daha bir kütləvi məzarlıq aşkar edilmişdir. Məlum olub ki, buradakı insan sümükləri həbsxanada saxlanılan 4 azərbaycanlı əsirə aiddir.

 Azərbaycan tərəfi dəfələrlə Ermənistana kütləvi məzarlıqların yerinin göstərilməsi barədə müraciət etsə , hələ ki, bu məsələ öz həllini tapmayıb. Erməni xislətixainliyi vəhşiliyi yenə özünü büruzə verir. Lakin gəlinən qənaət odur ki, bu kimi kütləvi məzarlıqlar olduqca çoxdur. Təkcə Birinci Qarabağ müharibəsi dövründə 3890 nəfər itkin düşüb. Həmin insanlardan əsir yaxud girovluqda saxlananlar  da ola bilər. Lakin qarşı tərəf bütün beynəlxalq hüquq normalarına zidd çıxaraq məsələ ilə bağlı heç bir məlumat vermir. Onlar özləri çox yaxşı bilirlər ki, əsir girovlara qarşı amansız davranmış, onlara  görünməz işgəncələr vermişlər. O dövrdə havadarlarının kölgəsində "qəhrəmanlıq" edən ermənilər ölmüş əsir girovları torpağa basdırmaqla izi itirdiklərini düşünürdülərAncaq dövrzaman gəldi. Azərbaycan öz haqq savaşından qalib çıxaraq ərazilərini düşmən işğalından azad  etdi. Əlbəttə ki, ölkəmiz güclü, qüdrətli dövlət kimi erməni vəhşilərindən bütün terror əməllərinin hesabını sormaqda da israrlıdır. Ermənilərin bu əməlləri beynəlxalq humanitar hüquq normalarının, o cümlədən "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il tarixli Cenevrə Konvensiyasının, "Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında" Konvensiyanın ona dair 1977-ci il tarixli l Əlavə Protokolun müddəalarının kobud şəkildə pozulmasıdır.

Bu gün işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqlar tapılır. Bu, Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti soyqırımıdır. Ermənilərin əməlləri onu göstərir ki, onlar azərbaycanlılara qarşı qədər kin-küdurət, nifrət bəsləyirlər. Qisasçılıqvəhşilik isə onların qanlarına hopmuşdur. Əldə olunan faktlar sübutlara rəğmən hələ beynəlxalq təşkilatlar susur, heç bir ölçü götürmür, ermənilərə qarşı heç bir cəza tədbiri görülmür.

Ramidə YAQUBQIZI,

"Respublika".