Kürdəmir: Elektrik enerjisi təsərrüfatı yenilənir
Region

Kürdəmir: Elektrik enerjisi təsərrüfatı yenilənir

Kürdəmir rayonunda elektrik təsərrüfatı yenilənir. Əhalisinin sayı çoxalıb artan, ərazisi genişlənən kəndlərin dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə texniki-təşkilati tədbirlər həyata keçirilir. Rayonun Atakişili kəndinin bir qrup sakini evlərə verilən elektrik gərginliyinin aşağı olmasına görə rayon icra hakimiyyətinə müraciəti müsbət həllini tapıb. Müraciətdən dərhal sonra “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən sözügedən kəndə baxış keçirilib və yeni güc mərkəzinin yaradılması qərara alınıb. Nəticədə həmin ərazidə yeni 160 KVA transformator quraşdırılıb. Bununla da təxminən 50-yə yaxın evin işıq problemi aradan qaldırılıb.

Muğanlı kəndində isə 1 ədəd 100 KVA transformatorun yeri dəyişdirilərək mərkəzi əraziyə gətirilib. Muğanlı kəndində də 40 ev normal elektrik enerjisi ilə təmin olunub. Elektrik enerjisi təsərrüfatının yenilənməsi davam edir.

Tofiq HÜSEYN,

“Respublika”.