Kreml:
Dünya xəbərləri

Kreml: "Taxıl sazişi"nin icrası ilə bağlı vəziyyət dəyişməyib

““Taxıl sazişinin icrası ilə bağlı vəziyyət dəyişməyib.

“Respublika” xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, “Taxıl sazişi” ilə bağlı Rusiya və Türkiyə prezidentləri arasında danışıq planlaşdırılmayıb.

"Xeyr, hazırda bu barədə söhbət yoxdur, amma lazım gələrsə, qrafikdə olacaq. Putin və Ərdoğan çox tez, operativ şəkildə telefon əlaqəsini koordinasiya edirlər. Lazım gələrsə, belə bir müzakirə aparılacaq. Amma hələ ki, saziş baxımından heç nə dəyişməyib və bizim deyə bilməyəcəyimiz yeni heç nə yoxdur”, - deyə Kremlin sözçüsü vurğulayıb.