KOBİA və Bakı Biznes Universiteti arasında əməkdaşlıq  haqqında Memorandum
Elm və təhsil

KOBİA və Bakı Biznes Universiteti arasında əməkdaşlıq  haqqında Memorandum

KOBİA və Bakı Biznes Universiteti arasında imzalanan Memorandumda elm və özəl sektor arasında praktiki əlaqələrin genişləndirilməsi, tələbələr arasında biznes ideyalarının formalaşdırılması, innovativ təşəbbüslərin reallaşdırılmasına dəstək, könüllülük fəaliyyətinin təşviqi  nəzərdə     tutulur.

Bakı Biznes Universitetində keçirilən “Məzun 2023” tədbiri və karyera sərgisi çərçivəsində  Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və universitet arasında əm əkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Bakı Biznes Universitetinin rektoru İbad Abbasov imzalayıblar. Sənəddə elm və özəl sector arasında praktiki əlaqələrin genişləndirilməsi, tələbələr arasında biznes ideyalarının formalaşdırılması, innovative təşəbbüslərin reallaşdırılmasına dəstək, tələbələrin könüllülük fəaliyyətinə təşviqi və digər məsələlərlə bağlı birgə fəaliyyətin həyata keçirilməsi, müştərək layihələrin icra edilməsi nəzərdə tutulur.

Tələbələrlə görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov gənclərin sahibkarlığa təşviqi, uğurlu sahibkar olmaq üçün biznes yönümlü təhsilin önəmi, Agentliyin biznesin qurulması və inkişafına göstərdiyi dəstək və xidmətlər barədə fikirlərini bölüşüb. Qeyd edilib ki, təhsilli, savadlı kadrların formalaşması biznes mühitinin inkişafına bir başa təsir edən amillərdəndir. Sahibkarlar və biznes fəaliyyətinə başlamaq istəyən şəxslərin, xüsusən də gənclərin sahibkarlığa və biznesin inkişafına təşviqi KOBİA-nın fəaliyyət istiqamətlərindəndir.

KOBİA nümayəndələri  həmçinin, karyera sərgisi ilə tanış olublar, fəxri  fərmanlar  təqdim  olunub.

 Nəriman   CAVADOV,

“Respublika”