Alimlər aşqarlar kimyası sahəsində uğurlu tədqiqat aparıblar
Elm və təhsil

Alimlər aşqarlar kimyası sahəsində uğurlu tədqiqat aparıblar

Elm və Təhsil Nazirliyi Aşqarlar Kimyası İnstitutunun alim və mütəxəssisləri – Lamiyə Kazımzadə, Elnarə Həsənova, Faiq Məmmədov və Nərgiz Hüseynova uğurlu tədqiqat aparıblar. Həmin tədqiqatın nəticələri haqqında “Kapril turşusunun allil efirinin butilmetakrilat və stirolla birgə polimerləri sürtkü yağlarına özlülük aşqarları kimi” adlı məqalə “Web of Science” beynəlxalq elmi bazasına daxil olan “Springer” nəşriyyatı sayılan “Chemistry Africa” jurnalında dərc edilib.

Bu barədə “Respublika”ya institutdan məlumat verilib.

Məqalədə kapril turşusunun allil efirinin butilmetakrilat və stirolla ikili və üçlü birgə polimerləri sintez edilərək, neft yağları, eləcə də sintetik yağların tərkibində özlülük aşqarı kimi tədqiq edilməsindən bəhs olunur.