Kanadanın Birinci Millətlər Universitetinin professoru Arzu Sərdarlıdan
Məktublar

Kanadanın Birinci Millətlər Universitetinin professoru Arzu Sərdarlıdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Mən elm adamıyam, 30 ilə yaxındır ki, Azərbaycandan uzaqda yaşayıram. Bu illər ərzində bir elm adamı kimi bir çox məqsədlərimə çatmışam. Bu 30 ildə bütün azərbaycanlılar kimi, Vətənimizin uğurlarına sevinmişəm, itkilərinə məyus olmuşam. Vətəndən kənarda bu hisslər daha güclü olur.

Ötən il Siz bizə elə bir sevinc bəxş etdiniz ki, bunu heç nə ilə müqayisə etmək olmaz. Bu, Vətən müharibəsində qazanılan Qələbənin sevincidir. Bu, Azərbaycanın müasir dövlətçilik tarixində ən böyük qələbəsidir.

Cənab Ali Baş Komandan, Siz döyüş meydanında Zəfər çaldınız. Amma XXI əsrin savaşı həm də intellekt savaşıdır. Bu intellekt savaşını Siz təkbaşına qazandınız. Mənim fikrimcə, Sizin qələbəniz müasir dövrdəki analoji münaqişələrin həlli üçün bir beynəlxalq nümunədir. Mən bir azərbaycanlı kimi fəxr edirəm ki, belə bir beynəlxalq nümunə məhz Sizin adınızla bağlıdır.

Möhtərəm Prezident, mən də Sizə ünvanlanan çoxsaylı təbriklərə qoşularaq Zati-alinizə uzun ömür, cansağlığı və yeni zəfərlər arzulayıram.

Hörmətlə,

 Arzu Sərdarlı

Kanadanın Birinci Millətlər Universitetinin professoru