Kanada da meşə yanğınlarına nəzarət etmək mümkün olmayıb!
Dünya xəbərləri

Kanada da meşə yanğınlarına nəzarət etmək mümkün olmayıb!

Kanadanın 883 bölgəsində davam edən meşə yanğınları səbəbindən 10 milyon hektar ərazi külə çevrilib. Bu gün məlum olub ki, daha 15 ərazidə yanğın baş verib.

“Respublika” "Hürriyet"ə istinadən xəbər verir ki, Kanadada meşə yanğınları nəticəsində ölənlərin sayında artım müşahidə olunub.

Kanada idarələrarası meşə yanğınları mərkəzi, ölkə daxilində 883 aktiv yanğınla mübarizə aparıldığını elan edib. Bunlardan təxminən 580-i nəzarətdən çıxıb və 10 milyon hektar ərazi də külə çevrilib. Bu gün daha 15 yanğın hadisəsi qeydə alınıb.