İtaliya KİV-ləri İrəvanda Azərbaycan Bayrağının yandırılması ilə bağlı məqalələr yayımlayıb
Digər xəbərlər

İtaliya KİV-ləri İrəvanda Azərbaycan Bayrağının yandırılması ilə bağlı məqalələr yayımlayıb

İtaliyanın aparıcı kütləvi informasiya vasitələrində Ermənistanın paytaxtı İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağının yandırılması ilə bağlı məqalələr yayımlanıb.

AZƏRTAC xəbər verir ki, "Rai" "Agenzia Nova" informasiya agentliklərinin yaydığı məqalələrdə bu hadisədən sonra Azərbaycan idmançılarının çempionatda iştirakının qeyri-mümkün olduğu onların Ermənistanı tərk edərək Gürcüstandan keçməklə ölkəyə qayıtdıqları bildirilib.

Yazılarda Azərbaycanın idman yarışında Dövlət Bayrağının yandırılmasına kəskin etirazını bildirdiyi qeyd olunub. Hadisənin video fotolarının təqdim olunduğu xəbərlərdə Azərbaycanın Gənclər İdman Nazirliyinin Milli Olimpiya Komitəsinin yaydığı birgə bəyanatda bu hadisənin "barbar hərəkət", etnik nifrət irqçiliyin sübutu kimi sərt şəkildə qınandığı vurğulanıb