İstintaq təcridxanasına psixotrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb
Digər xəbərlər

İstintaq təcridxanasına psixotrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına psixotrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Seymur Aloksat oğlu Quliyevə qardaşı Xızı rayon sakini Orxan Aloksat oğlu Quliyevin gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı içərisindəki düyüdə xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 1,007 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

AZƏRTAC