İsrail 25 ədəd F-35 təyyarəsi almaq üçün ABŞ-a sorğu göndərib
Dünya xəbərləri

İsrail 25 ədəd F-35 təyyarəsi almaq üçün ABŞ-a sorğu göndərib

İsrail Müdafiə Nazirliyi ABŞ-dan üçüncü eskadrilyanı təşkil edəcək 25 ədəd F-35 qırıcı təyyarəsinin alınması prosesinə rəsmən başlayıb. 

"Respublika" xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsrail ABŞ-dakı F-35 Birgə Proqram Ofisinə təyyarələrin alınması ilə bağlı rəsmi sorğu göndərib. Bundan sonra təchizat müqaviləsi imzalanmalıdır. Sövdələşmənin yaxın aylarda tamamlanacağı gözlənilir.

İsrail Müdafiə Qüvvələrinə təyyarələrin yeni partiyasının tədarükü 2027-ci ildə başlayacaq və üç ildə yekunlaşacaq.

Bununla da İsrail Hərbi Hava Qüvvələrində F-35 qırıcı təyyarələrinin sayının 75-ə çatacağı gözlənilir.