Fransada məhbusların sayı rekord həddə çatıb
Dünya xəbərləri

Fransada məhbusların sayı rekord həddə çatıb

Fransa həbsxanalarındakı məhbusların sayı tarixi rekord həddə - 74,5 min nəfərə çatıb.

"Respublika" xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlki rekord (73,7 min nəfər) ötən ay qeydə alınıb.

Beləliklə də, iyunun 1-dən iyulun 1-dək ölkədəki məhbusların sayı 814 nəfər artıb. İllik artım isə  2,5 min nəfər təşkil edib.
Bununla da, respublikanın penitensiar müəssisələrinin doluluq səviyyəsi 122%-i ötüb ki, bu da Avropada ən yüksək göstəricilərdən biridir.

Ümumilikdə Fransa həbsxanalarında 60,6 min yer var. Hazırda burada saxlanılan 20 mindən çox insan hökm gözləyir. Təxminən 2,5 min nəfər, yer çatışmazlığı səbəbindən döşəmədə yatmağa məcbur olub.

Nəzrin ELDARQIZI,

"Respublika".