İsmayıllı: İctimai Şura fəaliyyətini genişləndirir
Region

İsmayıllı: İctimai Şura fəaliyyətini genişləndirir

Rayon icra hakimiyyəti yanında İctimai Şuranın tərkibi 2021-ci ilin iyul ayında seçilmiş multikultural prinsiplər əsasında formalaşmışdır. Belə ki, azsaylı xalqların nümayəndələri - İvanovka kəndində yaşayan rus əsilli Olqa Jabina, ləzgi əsilli Arzu Mirzəyeva başqaları üzv seçilmişlər üzvlərin hamısı rayonda nüfuzu təcrübəsi olan insanlardır. İctimai Şura olaraq rayonun qəsəbə kəndlərinin, İsmayıllı şəhərinin təmizliyi abadlığı üçün təkliflərlə çıxış etmişik.

Rayona turistlərin çox gəlməsi ilə əlaqədar müzakirələr aparılmışdır. Qədim Lahıc Basqal qəsəbələrinin inkişafı əvvəlki görkəminin saxlanması diqqət mərkəzində olmuşdur. Bu işdə Lahıc qəsəbəsində yaşayan İctimai Şuranın üzvü Nəzər Əliyevin Təzəkənd kəndindən Eynulla Babayevin xidmətləri böyükdür. İctimai Şurada vatsap qrupu yaradılıb qrup üzvləri bir-biri ilə daim əlaqədədir.

İctimai Şurada sahibsiz heyvanların saxlanması üçün sığınacaq tikintisi haqqında təklif irəli sürülmüşdür. Beləliklə 2022-ci ildə məişət tullantıları poliqonunda sahibsiz heyvanlar üçün sığınacaq tikilmişdir hazırda istifadə olunur.

İctimai Şuranın üzvləri əhali arasında maariflənmə işini həyata keçirir, onların rəy təkliflərini toplayaraq müvafiq orqanlara göndərir. İnsanların nədən narazı qaldıqlarına təkliflərinə çox həssaslıqla yanaşılır. 2008-ci ildən çıxan "İsmayıllı Xəbərləri" qəzetinin təsisçisi baş redaktoru şair Şahməmməd Dağlaroğlunun əməyinin qiymətləndirilməsi üçün İctimai Şura təkliflə çıxış edib. İşlədiyimiz dövrdə vətəndaşlardan 8 müraciət daxil olub 6- yerindəcə həll edilib, ikisi isə əlaqədar təşkilatlara göndərilib.

Küçələrin abadlaşması asfaltlanması üçün bələdiyyə sədri baş memarla birlikdə şəhərə bir neçə dəfə baxış keçirilmiş, rəy təkliflərimizi təqdim etmişik.

İsmayıllı şəhərinin baş planı işlənilir. Bununla əlaqədar rayon icra hakimiyyətinin memarlıq şöbəsinin müdiri Vüsal Abdullayevlə birlikdə ictimai şuranın üzvləri müzakirələr aparmış, İsmayıllının turizm mərkəzinə çevrilməsi ilə əlaqədar şura üzvləri Əlaləm Babayev, Ağaəhməd Əhmədov, Arzu Məmmədova İsmayıllı şəhərini necə görmək istədikləri haqqında rəy təkliflərini vermişlər.

Sürücülərin yol hərəkəti qaydalarına əməl etməməsi səbəbindən şəhər bazarının, mərkəzi univermağın ətrafında Cavanşir küçəsində maşın insanların hərəkətində çətinlik yaranır. Saat meydanı ləğv edilməli həmin ərazidə maşınların park edilməsi üçün abadlıq işləri aparılmalı, intizamsız sürücülər haqqında daha təsirli tədbirlər görülməlidir.

İctimai Şura tərəfindən ictimai rəyin öyrənilməsi, dövlət siyasətinin formalaşması həyata keçirilməsi üçün rəy təkliflərimiz davam edir.

Vidadi MƏMMƏDOV,

İsmayıllı Rayon İcra Hakimiyyəti

yanında İctimai Şuranın sədri.