Taxılçılıqda innovativ resursqoruyucu texnologiya
Region

Taxılçılıqda innovativ resursqoruyucu texnologiya

Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) Qobustan Bölgə Təcrübə Stansiyasında təşkil etdiyi ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Qlobal iqlim dəyişikliyi şəraitində dəmyədə taxılçılığın problemləri həlli yolları" mövzusunda tədbir keçirilib.

Tədbiri Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov açıb. Sonra KTN-in Bitkiçiliyin təşkili monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov "Taxıl istehsalında innovativ texnologiyaların rolu", ƏETİ-nin direktoru Faiq Xudayev "Yeni sortların yaradılması toxumçuluğun təşkili" Qobustan BTS-nin direktoru Atabəy Cahangirov "Yeni taxıl sortları toxumçuluğun təşkili" mövzuları üzrə çıxış ediblər. Əsas məqsəd son illər qlobal iqlim dəyişikliyi ilə bağlı dəmyə əkinçiliyində olan problemlərin həlli yolları, quraqlığa davamlı sortlardan istifadə innovativ resursqoruyucu texnologiyaların taxılçılıqda tətbiqinin əhəmiyyətini iştirakçılara bildirməkdən ibarət olub.

Tədbirdə "Fructus" MMC, "Aqro Dairy" MMC, "Moran Aqro", Azorganik KT İİ Kooperativi, Ağstafa ASK, Azəraqrar, "Qarabağ" Taxıl MMC, "Şabran Aqro Kompleks" MMC, Aqrovit, Aqrolab, "ELKIYAR" MMC, "Yalama Aqroparkı" MMC, "ŞəmkirAqropark" MMC, Gilan Holdinq, "Goranboy Aqropark" digər şirkətlərin, Yeni Azərbaycan Partiyasının Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, ƏETİ-nin Yardımçı Təcrübə Təsərrüfatı Birliyinin, bölgə təcrübə stansiyalarının, təcrübə sınaq stansiyalarının rəhbərləri nümayəndələri, Qobustan, Kürdəmir, Hacıqabul digər rayonlardan olan fermerlər mütəxəssislər iştirak ediblər.

Sonda taxıl toxum istehsalçıları ilə birgə müzakirələr aparılıb, taxıl əkinlərinə baxış keçirilib.

M.NƏRİMANOĞLU,

"Respublika".