İranın eks prezidenti Həsən Ruhaniyə qarşı cinayət işi başlanılıb
Dünya xəbərləri

İranın eks prezidenti Həsən Ruhaniyə qarşı cinayət işi başlanılıb

 İranın eks prezidenti Həsən Ruhaniyə qarşı Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürülüb. 

"Respublika" “Ria Novosti” nəşrinəistinadən xəbər verir ki, bunu İranın Xüsusi İşlər üzrə Prokurorluğunun mətbuat katibi Məsud Satayişi bildirib.

İranın sabiq prezidenti fond və valyuta bazarına müdaxilələr zamanı yol verilən qanun pozuntularında iştirak etməkdə şübhəli bilinir. Bildirilib ki, 700 min nəfərin şikayəti əsasında Həsən Ruhaniyə qarşı iş prokurorluğa göndərilib.

Məlumata görə, məsələyə ən qısa zamanda baxılacağı və məhkəmənin həbs qətimkan tədbiri seçəcəyi gözlənilir.

Tacir SADIQOV,

"Respublika".