İnfarkt əlamətləri cinsə görə fərqlənir
Səhiyyə

İnfarkt əlamətləri cinsə görə fərqlənir

ABŞ-ın Kaliforniya ştatında aparılan yeni bir araşdırma, infarkt əlamətlərinin kişilərdə və qadınlarda fərqli şəkildə yaşandığını ortaya çıxarıb.

"Respublika" "Hürriyət"ə istinadən xəbər verir ki, Kaliforniyadakı Cedar Sinai Xəstəxanasının infarkt keçirmiş 18-85 yaş arası 1672 nəfərlə apardığı araşdırmaya görə, xəstələrin yüzdə 50-də inkarktdan bir gün əvvəl simptomlar müşahidə olunub.

Erkən xəbərdarlıq əlaməti qadınlarda nəfəs darlığı, kişilərdə isə sinə ağrısı və tərləmə kimi müşahidə edilib.

Tədqiqatçı həkim Sumit Çuq evdə infarkt keçirən insanların böyük əksəriyyətinin öldüyünü ifadə edib.

Töhfə SƏMƏDOVA,

"Respublika".