“Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib
Sosial həyat

“Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, idarə-müəssisə rəhbərləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, məktəb direktorları və rayon ağsaqqalları iştirak edib.

“Respublika” xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ardınca  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov,  Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun icraçı direktoru, filоlоgiyа еlmləri üzrə fəlsəfə doktoru, dosent, “Türk dil Qurumu”nun müxbir üzvü Baba Məhərrəmli, rayon ağsaqallar şurasının sədri Xuduş İsgəndərov, icra hakimiyyəti başçısı aparatında sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi müdiri vəzifəsini icra edən Elmar Quliyev, 15 nömrəli tam orta  məktəbin direktor vəzifəsini icra edən Nübar Quliyeva mövzu ətrafında çıxış ediblər.

M.QULUYEV,

“Respublika”