HƏDƏF BOL MƏHSUL ƏLDƏ OLUNMASIDIR
Region

HƏDƏF BOL MƏHSUL ƏLDƏ OLUNMASIDIR

Son illər respublikada ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində aparılan məqsədyönlü tədbirlər öz bəhrəsini verir. Prezident İlham Əliyevin imzaladığı bir sıra vacib sərəncamlar nəticəsində ölkə iqtisadiyyatının şaxələndirilməsi, sürətli inkişafı neftdən asılılığın aradan qaldırılmasına zəmin, eyni zamanda sahibkarlara münbit şərait yaratmışdır. Məhz bunun nəticəsidir ki, ilbəil kənd təsərrüfatı, sənaye digər məhsulların istehsal həcmində dinamik artım müşahidə olunur.

Sözsüz ki, istehsal olunan məhsullar daxili bazarlarda da bolluq yaradır. Qazax-Tovuz iqtisadi rayonuna daxil olan Qazaxda sənaye kənd təsərrüfatı məhsullarının istehsal həcmində hər il yüksək nəticələr əldə olunur. Əhalinin böyük əksəriyyəti aqrar sahəyə daha çox meyil edir. Qazax rayon DAİM-in direktoru Həmid Pənahov söhbət zamanı bildirdi ki, hazırda mövcud əkinəyararlı torpaqlardan maksimum dərəcədə istifadə olunaraq yüksək nəticələr əldə edilir. Həmçinin yeni, müasir standartlara cavab verən aqroparklar rayon iqtisadiyyatının inkişafına töhfələr verir.

Xüsusilə vurğulamaq lazımdır ki, bir neçə il bundan öncəyə qədər Qazax ərazisində hektarlarla əkinəyararlı torpaqlardan istifadə olunmurdu. Səbəb isə suvarma suyuna olan tələbatın ödənilməməsi başqa amillər idi. Rayon rəhbərliyinin işə müdaxiləsindən sonra mövcud problemlər tamamilə aradan qaldırılmış, torpaqlar əkin dövriyyəsinə qaytarılmışdır.

Müsahibim bildirdi ki, 2023- ilin məhsulu üçün 2022-ci ilin payızında 11700 hektar taxıl səpilmişdir ki, bunun da 5165 hektarı buğda, 6535 hektarı isə arpa sahələridir. 2023- ilin yazında 78 hektar buğda, 76 hektar arpa olmaqla 126 hektar yazlıq taxıl, 1300 hektar kartof, 70 hektar vələmir, 350 hektar qarğıdalı, 780 hektar tərəvəz, 760 hektar yonca, 30 hektar yonca sair əkilmişdir. Cəmi 20961 hektar sahədə yazlıq payızlıq əkin aparılmışdır.

Qazaxda son illərdə bağçılığın inkişafına da münbit şərait yaradılmışdır. Hazırda ümumi 1704 hektar meyvə bağlarından 410.8 hektarı fındıq bağı, 55,8 hektar albalı, 42,6 hektar alça, 177,8 hektar alma, 96,5 hektar armud, 12 hektar badam, 284,70 hektar üzüm bağlarıdır. Bağların sahələri ilbəil artırılır. 14 hektar ərik, 11 hektar fındıq, 4 hektar şaftalı bağı cari ilin 3 ayı ərzində salınmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanına əsasən Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılmasının yeni qaydaları qəbul edilmişdir. Buna görə hər bir kənd təsərrüfatı məhsullarının istehsalçıları subsidiya almaq üçün "Elektron kənd təsərrüfatı" informasiya sistemində (EKTİS) qeydiyyatdan keçərək öz əkinlərini bəyan edirlər. Payızlıq əkinlərin qeydiyyatı 30.12.2022-ci, yazlıq əkinlərin bəyanı 31.05.2023- il tarixdə başa çatmışdır.

Fermerlər kənd təsərrüfatı texnikaları ilə bağlı heç bir problemlə üzləşmirlər. Məhsulların becərilməsi üçün rayon ərazisində texniki cəhətdən saz vəziyyətdə olan 273 ədəd traktor, 128 ədəd kotan, 119 ədəd mala, 25 ədəd gübrə səpən, 68 ədəd taxıl toxum səpən, 41 ədəd ox arxı çəkən tək korpus kotan, 30 ədəd taxılbiçən kombayn, 13 ədəd kartof səpən, 12 ədəd kartof çıxaran s. mövcuddur.

Qazaxda son illərdə heyvandarlığın inkişaf etdirilməsi üçün tam münbit şərait yaradılmışdır. Heyvanlarda süni mayalanma aparılmasına xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, 2023- ilin 3 ayı ərzində 62 baş iribuynuzlu heyvanlarda da süni mayalanma aparılmış, 55 baş cins sağlam bala alınmışdır. Həmin balalara görə subsidiyanın alınması üçün EKTİS- qeydiyyat aparılmış təsdiq edilmişdir.

Heyvanların sağlamlığının qorunması üçün epizootik vəziyyət daim nəzarətdə saxlanılır. Tədbirlər planına uyğun olaraq 2023- ilin 3 ayı ərzində 22256 baş iribuynuzlu, 1325 baş təkdırnaqlı heyvan qarayara xəstəliyinə, 2120 baş həyət iti, 650 baş vəhşi heyvan, 650 baş sahibsiz it quduzluq xəstəliyinə qarşı peyvənd edilmişdir.

Respublikamız üçün ənənəvi gəlirli sahələrdən sayılan baramaçılığın inkişaf etdirilməsi üçün respublikanın digər bölgələrində olduğu kimi, Qazax rayonunda da lazımi tədbirlər görülmüş, yem bazası yaradılmışdır. Bu gəlirli sahəyə insanların marağı ilbəil artmaqdadır. Hazırda rayonda 18 nəfər kümçü tərəfindən 80 qutu ipəkqurdu becərilir.

Sonda Həmid Pənahov əminliklə bildirdi ki, cari ildə kənd təsərrüfatında bol məhsulun əldə olunması proqnozlaşdırılır. Hazırda rayonda taxıl biçininə hazırlıq işləri davam etdirilir.

V.POLADOĞLU,

"Respublika".