Hayastan bəşəriyyət üçün təhlükədir
Siyasət

Hayastan bəşəriyyət üçün təhlükədir

Mənfur haylar tarix boyu türklərə - azərbaycanlılara qarşı saysız-hesabsız terror aktları törətmişlər. Bütün bunlara baxmayaraq, Azərbaycan haylara daim humanistcəsinə yanaşsa da, düşmənin içindəki kin-küdurət daha da alovlanmışdır. Hayların bəşəriyyət üçün böyük təhlükə olduğu 30 illik işğal dövründə özünü bir daha təsdiqləmişdir. Vaxtikən əzəli torpaqlarımızı işğal edən, əliyalın əhalini hədəfə alan vandallar bu gün öz məkrli əməllərindən əl çəkmək niyyətində deyillər. Son zamanlarda ard-arda törədilən təxribatlar, sülh danışıqlarının davam etdiyi bir dövrdə hayların vəziyyəti gərginləşdirməsi bunun təzahürüdür. Hayların bu cür əməlləri isə onları, eləcə Paşinyan hakimiyyətini uçuruma sürükləyir. Hələ İkinci Qarabağ savaşı dövründə on bir min fərarisi olan ölkə bu gün hansı qüvvələrə arxalanaraq məkrli siyasətini davam etdirir?

Ermənistanın daxilində baş verən çəkişmələrdən hər kəs xəbərdardır. Artıq xalq hakimiyyətə olan inamını itirib. Çünki onlar Paşinyan onun hakimiyyətini təmsil edən şəxslərin xalqı əlində oyuncağa çevirərək öz çirkin əməllərinin icrasında istifadə etdiyinin fərqindədirlər. İstər rəsmi, istərsə qeyri-rəsmi formatda keçirilən görüşlər Hayastanın sərgilədiyi mövqe ilə hərəkətləri arasındakı ziddiyyətdən xəbər verir. Görünür, kor tutduğunu buraxmadığı kimi, haylar da öz saxtakarlıqlarından əl çəkmək niyyətində deyil. Əslində, bütün beynəlxalq aləm fərqində olmalıdır ki, bu qədər vəhşilikdə imzası olan dövlət regionun təhlükəsizliyinin təminatını pozur. Ölkə başçımızın 2021-ci il sentyabrın 27- xalqa müraciətində səsləndirdiyi fikirlər Hayastanın bütün dünyaya təhdid yaratdığını bir daha təsdiqləmişdir: "Ermənistanda hakimiyyət dəyişikliyi olur olubdur, ancaq düşmənin xisləti dəyişmir. Ermənistanda tüğyan edən azərbaycanofobiya, islamofobiya psixi xəstəlik dərəcəsinə çatmışdır. Azərbaycanlılara qarşı olan nifrət orada rəsmi ideologiya kimi bərqərar edilib. Əks təqdirdə, bu qədər vəhşilik törədilməzdi. Azad edilmiş torpaqlara hər gələn insan dəhşətə gəlir ki, bunu törədən insan deyil. Mən hətta deyə bilərəm ki, bunu törədən heyvan da deyil. Bunu törədən azğınlaşmış, quduzlaşmış, azərbaycanofob kütlədir, qəbilədir".

 Hayastan bu cür əməllər törətməklə unudur ki, Azərbaycanda milli birlik mövcuddur haylar həmrəyliyimizin qarşısında əsla dayana bilməzlər. Onlar bu məkrli planları kifayət deyilmiş kimi, özlərinə havadarlar da tapıb. Necə deyərlər, cəhənnəmə gedən özünə yoldaş axtarar. Yəni hayların Fransa, İran kimi erməni sevdalılarına meyil etməsi onları ölkəmizə qarşı qaldırması da əbəsdir. Çünki Azərbaycanın haqq savaşındakı mövqeyini heç bir qüvvə dəyişə bilməz. Bu gün Hayastanın havadarları beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qətnamələrə heç bir məhəl qoymursa, əvəzində törətdiyi əməllər getdikcə cığırından çıxmış Ermənistana yan çıxırsa, demək onların da düşməndən fərqi yoxdur. Bir faktı da vurğulamaq yerinə düşər ki, Azərbaycan daim dinc yolla, beynəlxalq hüquq çərçivəsində sülhün bərpa olunmasına çalışsa da, Hayastan buna maneçilik törətmişdir. Hələ işğal dövründə Prezident İlham Əliyev dəfələrlə dünya ictimaiyyətini Ermənistanın məkrli planlarını gözardı etməməyə səsləsə , selektiv yanaşma məsələnin həllinə mane olmuşdur. Ermənistanın bu aqressiyasına, vəhşiliklərinə beynəlxalq ictimaiyyət tərəfindən adekvat reaksiya verilmədiyi üçün Azərbaycan öz gücü ilə təcavüzkarı ram etməyə, ağıllandırmağa çalışmışdır. Hətta Azərbaycan bütün vəhşiliklərə, qeyri-qanuni fəaliyyətlərə baxmayaraq, 30 il müddətində münaqişənin həllində maksimum təmkinlə hərəkət etmişdir. Amma danışıqlar səmərəli nəticə verməmiş, ölkəmiz ərazilərini öz gücü ilə döyüş meydanında hərbi yolla düşmən tapdağından azad etmişdir. Xain haylar isə şəhərlərimizə raket atmaqla, qadınları, uşaqları gecə yatdıqları yerdə bombalamaqla bir daha sülhə təhdid yaratdığını bütün dünyaya bəlli etmişlər.

Ölkəmizin əldə etdiyi uğurları, döyüş taktikalarını, Azərbaycan Ordusunun güc qüdrətini təkcə Hayastan deyil, bütün dünya görmüşdür. Ermənistan isə haqsız durumda mənfur əməllərini davam etdirməklə yetəri qədər özünü gözdən salmışdır. Şübhəsiz, hayların bu siyasəti onların sonunu daha da yaxınlaşdırır.

Nəzrin ELDARQIZI,

"Respublika".