Hadrut qəsəbəsində 360 şagird yerlik məktəb binasının bərpa layihəsi ilə tanışlıq
Siyasət

Hadrut qəsəbəsində 360 şagird yerlik məktəb binasının bərpa layihəsi ilə tanışlıq

Mayın 5- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva Hadrut qəsəbəsində 360 şagird yerlik tam orta məktəbin bərpa layihəsi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına birinci xanıma layihə barədə məlumat verildi.

Bildirildi ki, bərpa olunacaq məktəb 1,9 hektar ərazidə yerləşir. Əsaslı təmir yenidənqurma işlərindən sonra məktəbdə 15 sinif otağı, idman akt zalları, yeməkxana, kitabxana, hərbi dərs otağı, 3 laboratoriya 2 texnologiya otağı, informatika otağı olacaq. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları müasir avadanlıq ləvazimatlarla təchiz ediləcək.

Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal olunmuş rayonların təhsil infrastrukturu da tamamilə dağıdılıb. İşğaldan azad edilən ərazilərdə dağıdılan təhsil infrastrukturunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq sərəncamları tapşırıqları ilə hazırda mühüm işlər görülür. Hadrutda məktəb binasının tikintisi bu işlərin tərkib hissəsidir.

AZƏRTAC