NOVRUZ ŞƏNLİYİ
Region

NOVRUZ ŞƏNLİYİ

"Gold Naftalan" müalicə mərkəzində Novruz bayramı münasibətilə şəhid və qazi ailələri ilə birgə bayram şənliyi təşkil olunub. Tədbirdə şəhər icra hakimiyyətinin məsul işçiləri YAP Naftalan şəhər təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Ağsaqqallar Şurasının üzvləri, şəhid və qazi ailələri, turistlər iştirak edib.

Şənlikdə müasir Azərbaycanın banisi ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən şəhər rəhbəri Vüqar Novruzov iştirakçıları bayram münasibətilə təbrik edərək vurğulayıb ki, torpaqlarımız azadlığına qovuşduqdan sonra Novruz tonqalları cənnət Qarabağda - Şuşada, Suqovuşanda və digər dilbər guşələrdə alovlanır. Bu bir daha qalibiyyətin təntənəsi olmaqla yanaşı, həm də ulu əcdadlarımızın xatirəsinə, xüsusilə də ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ənənələrə dərin ehtiramın əlamətidir.

Şəhid ailələri, qazilər hər zaman qayğı ilə əhatə olunduqlarına görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Bu kimi tədbirlərin keçirilməsinin onlara göstərilən yüksək diqqətin nümunəsi olduğunu söyləyiblər.

Tədbir Novruz tonqalı ətrafında turistlərin iştirakı ilə böyük coşqu ilə davam edib, Kosa və Keçəlin uşaqlarla şən zarafatları şənliyə xüsusi rəng qatıb.

Zabit XƏLİLOV,

"Respublika".