Gələn il dövlət büdcəsi 33,7 milyard manat nəzərdə tutulur
İqtisadiyyat

Gələn il dövlət büdcəsi 33,7 milyard manat nəzərdə tutulur

2024-cü ildə xam neftin bir barrelinin orta illik ixrac qiyməti 60 ABŞ dolları səviyyəsində götürülməklə, gələn il dövlət büdcəsinin gəlirləri ÜDM-in 28,5 faizi həcmində yəni 33 milyard 765,0 milyon manat nəzərdə tutulur.

“Respublika” Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, bunun da 49,6 faizi və ya 16 milyard 756,0 milyon manatı neft sektorunun, 50,4 faizi və ya 17009,0 milyon manatı qeyri-neft/qaz sektorunun payına düşür.

Gələn il üçün 36 milyard 355,0 milyon manat (ÜDM-in 30,7 faizi) həcmində proqnozlaşdırılan dövlət büdcəsi xərclərinin 22 milyard 622,0 milyon manatı və ya 62,2 faizi cari xərclərə, 11 milyard 760,4 milyon manatı və ya 32,3 faizi əsaslı xərclərə, 1 milyard 972,6 milyon manatı və ya 5,4 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönələcəyi proqnozlaşdırılıb.