Filippin Çini su şırnaqları ilə atəş açmaqda ittiham edir
Dünya xəbərləri

Filippin Çini su şırnaqları ilə atəş açmaqda ittiham edir

Filippin Çin Sahil Mühafizəsinin gəmilərini su şırnaqlarından atəşə tutmaqda və Cənubi Çin dənizindəki gəmilərinə “təhlükəli manevrlər” etməkdə ittiham edib.

"Respublika" "CNN"ə istinadən xəbər verir ki, Filippin Sahil Mühafizəsi (PCG) gəmiləri Çində İkinci Tomas Şol kimi tanınan Ayungin Shoalda yerləşən hərbi qoşunlara təchizat daşıyan gəmiləri müşayiət edib.

Çin Sahil Mühafizəsinin sözçüsü Qan Yu isə bildirib ki, iki Filippin təchizat gəmisi və iki sahil mühafizə gəmisi Çinin Nanşa adalarında Renai rifinə bitişik sulara qanunsuz olaraq daxil olub. Qan Yu Çinin adalarda və Cənubi Çin dənizində ərazi iddiasını yenidən təsdiqləyərək, regionda hüquq-mühafizə fəaliyyətini davam etdirəcəyini də vurğulayıb.

Töhfə SƏMƏDOVA,

"Respublika".