Ermənistan silahlı qüvvələrinin bölmələri Ordumuzun Kəlbəcər rayonu istiqamətindəki mövqelərini atəşə tutub
Digər xəbərlər

Ermənistan silahlı qüvvələrinin bölmələri Ordumuzun Kəlbəcər rayonu istiqamətindəki mövqelərini atəşə tutub

İyunun 12- saat 13:35-dən saat 14:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri saat 11:15-dən 16:50-dək kənd təsərrüfatı işləri adı altında Ordumuzun Füzuli Laçın rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Azərbaycan Ordusunun bölmələrinin gördüyü təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.