Ermənistan Ordumuzun Kəlbəcərdəki bir neçə mövqeyinə zərbə PUA-ları tətbiq edib
Digər xəbərlər

Ermənistan Ordumuzun Kəlbəcərdəki bir neçə mövqeyinə zərbə PUA-ları tətbiq edib

Mayın 11-i və 12-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonundakı bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı müxtəlif istiqamətlərdən zərbə PUA-ları tətbiq edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bölmələrimiz tərəfindən hava hədəfləri vaxtında aşkar edilib və radioelektron mübarizə vasitələrinin tətbiqi nəticəsində onlar hədəfə çatmadan zərərsizləşdirilib.

Təqdim olunan foto materiallarda zərbə PUA-larının qalıqları əks olunur.