Ermənilər tarix boyu Azərbaycan xalqına müsibətlər və məşəqqətlər yaşadıblar. Cənubi Qafqaza təsadüf nəticəsində gəlmiş köçəri erməni tayfaları burada özlərinə birlik yaradaraq, Azərbaycan torpaqların qarşı işğalçılıq siyasəti yeridərək, qəsbkarlıq edərək məskunlaşmışlar.
Sovet hökumətinin anti-Azərbaycan siyasətinin nəticəsi olaraq Azərbaycanın Qərb torpaqları‚ İrəvan‚ Göyçə və Zəngəzur Azərbaycandan zorla alınaraq ermənilərə verilmişdir. Tarixi Azərbaycan torpaqları üzərində qurulan erməni dövləti tarixdə heç bir zaman mövcud olmayıb. Heç bir tarixi mənbə nə zamansa erməni dövlətinin mövcudluğu barədə hər hansı bir məlumatı təsdiq etmir. 1920-ci ildən sonra Sovet hökuməti tərəfindən İrəvan‚ Göyçə və Zəngəzur ermənilərə verildikdən sonra sünii şəkildə məhz bu adıçəkilən Azərbaycan torpaqlarında erməni dövləti yaradılmışdlr. Bu torpaqlar zorla ermənilərə verildikdən sonra burada yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yerildilməyə başlanıldı. Ermənilərin etnik təmizləmə siyasətinin nəticəsi olaraq azərbaycanlılara qarşı zaman-zaman məşəqqətlər yaşadılmışdır. Müəyyən zaman ərzində buradakı azərbaycanlılar qovularaq zorla çıxarılmışdır. Sovet hökumətinin sonlarına yaxın isə bu hal daha da intensivləşdi. 1988-ci ildən başlayaraq ermənilər Qərbi Azərbaycanda‚ İrəvan‚ Göyçə və Zəngəzurda yaşayan azərbaycanlıları deportasiya edərək məcburi köçürtmə prosesinə başladılar. Ermənilərin bu qəsbkarlıq və barbarlıq siyasəti nəticəsində yüz minlərlə insan öz tarixi torpaqlarından didərgin düşdü. İrəvan‚ Göyçə və Zəngəzurda yaşayan yüz minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından qaçqın və didərgin oldu. Azərbaycanlılar öz evlərindən zorla çıxarılaraq evləri və torpaqları əllərindən alınaraq qəsb edilmiş‚ bütün haqq və hüquqları tapdalanmışdır.
Artıq azərbaycanlılar öz tarixi torpaqlarına və evlərinə geri qayıtmalıdır. Ermənistan hökuməti azərbaycanlıların əllərindən alınan evlərini və torpaqlarını geri qaytarmalıdır. Bu‚ Qərbi azərbaycanlıların beynəlxalq hüquqla haqqıdır.
Rəhim Ağalarov,
Rusiya Yəhudi Konqresinin,
Rusiya Azərbaycan Konqresinin
və Diasporunun üzvü.