Energetika Nazirliyində insan hüquqlarına dair maarifləndirici tədbir
İQTİSADİYYAT

Energetika Nazirliyində insan hüquqlarına dair maarifləndirici tədbir

Energetika Nazirliyində “İnsan Hüquqları Aylığı” çərçivəsində 18 iyun “Milli İnsan Hüquqları Günü”nə həsr edilmiş dəyirmi masa keçirilib.

16 iyun Energetika Nazirliyindən bildirilir ki, dəyirmi masada insаn və vətəndаş hüquq və azadlıqlarının təmin olunması sahəsində yaradılmış zəruri qаnunvеricilik bаzаsı, Azərbaycan Respublikasının Konstitusiyasından irəli gələn müddəalar, bu sahədə ilk fundamental sənəd "İnsаn hüquqlаrının müdаfiəsinə dаir Dövlət Prоqrаmı" barədə geniş məlumat verilib, həmçinin beynəlxalq hüquqda bu sahəni tənzimləyən qanunvericilik sənədləri, ölkəmizin insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən qurumlarla əməkdaşlığın inkişaf etdirilməsi və digər mövzular haqqında məlumatlar diqqətə çatdırılıb.

“Respublika”.