İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Qadın şahmatçılarımız qitə birinciliyində

Monteneqronun Petrovaç şəhərində qadın şahmatçılar arasında şəxsi Avropa çempionatına start veriləcəkQitə çempionatı 11 turdan ibarət olacaq 35 ölkə yarışacaq. Çempionatda Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Xəyalə Abdulla, Səbinə İbrahimova, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Nərmin Abdinova, Mələk İsmayıl, Nazlı Hümbətova Lalə Hüseynova ölkəmizi təmsil edəcək. Avropa çempionatının ümumi mükafat fondu 60 min avro təşkil edir. Qitə çempionatına martın 29-da yekun vurulacaq.

 

Belçikada açıq çempionatda 17 taekvondoçumuz iştirak edəcək

Belçikanın Lommel şəhərində keçiriləcək açıq çempionatın G2 kateqoriya yarışında Azərbaycan millisi həm qadınların, həm kişilərin yarışında təmsil olunacaq. Kişi idmançıların mübarizəsində Səyyad Dadaşov, Rahid Vəliyev (hər ikisi 54 kq), Qaşım Maqomedov (58 kq), Xanoğlan Kərimov, Pərviz İskəndərov (hər ikisi 63 kq), Cavad Ağayev, Yaşar Məmmədli (hər ikisi 68 kq), Eltac Qafarov (74 kq), Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq) Həmidreza Bədriəliabadi (+87 kq) yarışacaqlar. Qadınlardan ibarət yığmanın tərkibində Məryəm Məmmədova, Minayə Əkbərova, Zemfira Həsənzadə (hər üçü 46 kq), Patimat Abakarova, Səmərrux Osmanova (hər ikisi 53 kq) Fatimə Məcidova (62 kq) mübarizə aparacaqlar.

 

Çoxnövçülük üzrə yarışlar başa çatıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun idman bazasında ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş çoxnövçülük üzrə çempionat keçirilib. Çempionat 3 gün davam edib 19 komandadan 65-ə yaxın əməkdaş 100 1000 metr məsafəyə qaçış, daşqaldırma turnikdə dartınma növlərində həm şəxsi, həm komanda hesabında qüvvələrini sınayıblar. Bakı Regional Mərkəzi komanda hesabında birinci olub. İkinci yerə Dövlət Yanğından Mühafizə Xidmətinin, üçüncü yerə isə FHN-in Akademiyasının komandaları layiq görülüblər. Şəxsi yarışlarda çempion adını Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Cəlal Süleymanov qazanıb. İkinci yerə Muğan Regional Mərkəzinin əməkdaşı Elmir Əhədov, üçüncü yerə isə Şimal Regional Mərkəzinin əməkdaşı Rəfail Şirəliyev sahib olublar. Qaliblərə kubok, diplom, medal qiymətli hədiyyələr təqdim edilib.

Nərgiz İSMAYILOVA,

"Respublika".