Dünyanın etibarlı tranzit ölkəsi
Siyasət

Dünyanın etibarlı tranzit ölkəsi

Azərbaycan dünyada özünü geniş imkanlara malik tranzit ölkə kimi təsdiqləmiş qlobal məkanda ölkəmizlə tərəfdaş olmaq istəyən dövlətlərin sayı günü-gündən artmaqdadır. 90- illərin sonundan etibarən Azərbaycanın əldə etdiyi böyük uğurlar sırasında ölkənin yol-nəqliyyat imkanlarının davamlı olaraq genişləndirilməsini xüsusi qeyd etmək lazımdır.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev ölkəmizdə keçirilən "Bakı-Tbilisi-Qars dəmir yolu xətti-İpək Yolu dəhlizinin inkişafında yeni imkanlar" beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə respublikamızda nəqliyyat imkanlarının genişləndirildiyini, bu sahədə müasir infrastruktur yaradıldığını xüsusi vurğulayıb: "Şərq-Qərb Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, əlverişli coğrafi mövqeyə malik Azərbaycan nəqliyyat xidmətlərini inkişaf etdirir, müasir infrastrukturlar qurur, daşımaların idarə olunması mexanizmini təkmilləşdirir beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir".

Asiya ilə Avropa kimi iki nəhəng qitəni birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin davamı olan Orta Dəhliz ideyası yeni dünya düzəninin formalaşdığı bir zamanda Azərbaycanı regionda beynəlxalq məkanda önəmli oyunçuya çevirir. 30 ilə yaxın işğal altında olan Qarabağ ətraf ərazilərimizin azad edilməsindən sonra regionun digər dövlətlərinin beynəlxalq iqtisadi layihələrdə iştirakında önəmli fəallıq müşahidə olunur. Bununla yanaşı, Vətən müharibəsindəki qələbəmiz Azərbaycanın Avropa ilə Asiya arasındakı ticarət əlaqələrində mühüm tranzit məntəqəsi olmasını şərtləndirir. Bakıda Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu "bir pəncərə" prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüşlərin keçirilməsi, ADA Universitetində "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik iqtisadiyyat" mövzusunda beynəlxalq konfransın baş tutması önəmli beynəlxalq tədbirlərdə Orta Dəhliz planının müzakirəsi regional inkişafla yanaşı, Azərbaycanın beynəlxalq tərəfdaşlarına da önəmli töhfə verir. Uzunmüddətli siyasi sabitlik, mükəmməl qanunvericilik bazası, təhlükəsizliyə verilən zəmanətlər, optimal qiymətlər, keçid prosedurlarının sadəliyi, məsafənin qısalığı digər amillər transmilli şirkətlərin ölkəmizə marağını artıran səbəblərdəndir. Ümumiyyətlə, Orta Dəhliz hazırda özündə 9 ölkəni birləşdirir. Dəhlizin nəqliyyat imkanlarından isə 15 ölkənin yükdaşıma şirkətləri istifadə edir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca 60-a yaxın ölkə yerləşir regionda 4,5 milyard əhali yaşayır. Bu baxımdan, nəqliyyat dəhlizi həm iştirakçı ölkələr, həm digər dövlətlər üçün əhəmiyyətlidir.

BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icra katibi Olqa Aleqyerova bildirir ki, Avropa İttifaqına daxil olan bütün dövlətlər Orta Dəhlizin tez bir zamanda formalaşmasını dəstəkləyir sərmayə yatırılması məsələsini nəzərdən keçirir. Orta Dəhlizi, həmçinin Asiya dövlətlərinin timsalında bütün türk dünyası dəstəkləyir ki, bu da qarşılıqlı tranzit əlaqələrinin inkşafında önəmli rol oynayır. Təsadüfi deyil ki, son dövrlərdə Azərbaycan ərazisindən daşınan müxtəlif məhsulların həcminin artmasının əsas səbəbi Orta Dəhlizdə müşahidə olunan intensivliklə birbaşa əlaqələnir. Rusiya İranın sanksiyalara məruz qaldığı bir dövrdə Çin, Mərkəzi Asiya Avropanın Azərbaycandan keçən Orta Dəhlizə marağı daha da artır. Başlıca olaraq, Çin, Rusiya-Ukrayna müharibəsinin Şimal dəhlizi ilə yükdaşımaları məhdudlaşdırdığı üçün Orta Dəhlizə xüsusi önəm verir beləliklə, Orta Dəhliz məsafə müddət baxımından böyük alternativ hesab edilir. Statistik göstəricilərə əsasən, Çindən Avropaya gedən yük qatarı dəhlizi ilə 12 gün ərzində 10 min kilometr deyil, 7 min kilometr məsafə qət edir. Bu da Asiya ilə Avropa arasında qlobal ticarətdə dəhlizin qədər sərfəli təhlükəsiz olduğunu nümayiş etdirir. Cənub dəhlizi üzrə tranzit yolu əsas götürülərsə, Süveyş kanalı üzərindən gəmi ilə 20 min kilometr yol qət edilməlidir ki, bu çərçivədə Orta Dəhliz öz imkanları ilə region ölkələrinin koordinasiyalı əməkdaşlığı sayəsində dünya ticarətinin ən mühüm həlqələrindən biri olması öz təsdiqini tapır.

Orta Dəhlizin nəqliyyat həcmində 2022-ci ilin yanvar-mart aylarından, 2023- ilin I rübünə qədərki dövr ərzində böyük artım müşahidə edilmişdir. Belə ki, 2022-ci ilin əvvəlində bu marşrutla 266,3 min ton yük daşınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 123 faiz çoxdur. Konteyner daşımaları 5 847 20 futluq konteynerə (TEU) bərabər olub bu da 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə 19 faiz çoxdur. Hazırda Orta Dəhliz Çin-Avropa İttifaqı dəmir yolu ticarətinin ümumi yük həcminin 3-5 faizini təşkil etsə , bu həcmin təqribən 10 faizinin dəhliz vasitəsilə asanlıqla daşınacağına dair gözləntilər böyükdür.

Cənubi Avropaya daşınan yüklərin tranzitində mərkəzi rol oynayan dəhlizin Türkiyə   hissəsinin inkişafı üçün yeni optimallaşdırma səyləri davam etməkdədir. Bu məqsədlə, İstanbuldan Bolqarıstanla sərhədə yüksək sürətli dəmir yolu bağlantısının bir hissəsi olan Halkalı-Kapikule dəmir yolu layihəsinin bu il başa çatdırılması, Orta Dəhlizdə dayanıqlı, sürətli səmərəli daşımaların asanlaşdırılmasında mühüm rol oynayacaq. Bundan əlavə, Türkiyə, Bolqarıstan, Serbiya Macarıstan arasında yeni yaradılmış dördtərəfli koordinasiya şurası birgə sərmayə qoyuluşu yükdaşıma qabiliyyətinin infrastrukturun yaxşılaşdırılması üçün marşrutun Cənubi Avropadan keçən hissəsinin optimallaşdırılması üçün mühüm əhəmiyyət kəsb edəcək. Digər tərəfdən, Mərkəzi Asiya ilə etibarlı tərəfdaşlığın Orta Dəhliz boyunca təkmilləşdirilməsi çərçivəsində sərhəd nəzarəti məsələlərini həll etmək Çin-Qazaxıstan sərhədində səmərəli gömrük nəzarəti rejimi yaratmaq üçün Çin Dəmir Yolu Ekspressinin (PPCR) təhlükəsizliyinin sürətli gömrük rəsmiləşdirilməsinin təşviqi üçün Gömrük-Dəmir Yolu Operatorlarının Tərəfdaşlıq Proqramı hazırlanıb. Yeni əməliyyatlar korrupsiyanı yüklərin çatdırılması ilə bağlı qeyri-rəsmi xərcləri azaltmalı, şəffaflığı gücləndirməli, həmçinin məhsuldar gömrük rəsmiləşdirilməsini asanlaşdırmalıdır ki, bu da öz növbəsində dəhlizin gəliş tarixlərinin hesablanmasında dəqiqliyini artıracaq. Bu çərçivədə, milli hökumətlər yerli şirkətlər bu problemləri həll etmək Orta Dəhliz vasitəsilə daşımaları səmərəli şəkildə optimallaşdırmaq üçün birgə fəaliyyət göstərirlər. Belə ki, çətin infrastruktur baxımından Çin Qazaxıstanın dəmir yolu nəqliyyatına artan tələbatla əlaqədar üçüncü sərhəd dəmir yolunun tikintisinə dair qərarı, həmçinin Dostıq Stansiyasında çoxfunksiyalı yük terminalının ikinci mərhələsinin tamamlanması Dostıqdakı yeni terminalın yükdaşıma qabiliyyətinin ildə 160000-dən 320000 TEU-ya qədər artırılması beynəlxalq tranzit imkanlarının artmasını özündə ehtiva edir gələcəkdə Orta Dəhliz vasitəsilə nəhəng yükdaşımalarının reallaşacağını göstərir.

Nurlan ADBALOV,

"Respublika".